Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADI

Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADIŞüşəli eyvanların geniş yayılması mənzillərdə əlavə istifadə sahəsi və estetik görünüş yaratsa da, bu cür konstruksiyaların layihələndirilməsi zamanı həm memarlıq, həm də təhlükəsizlik tələblərinə ciddi əməl olunması vacibdir. Xüsusilə yay aylarında günəş şüalarının birbaşa təsiri şüşəli eyvanlarda temperaturun kəskin yüksəlməsinə və istifadə üçün narahat şəraitin yaranmasına səbəb ola bilər.

Bəs, şüşəli eyvanların layihələndirilməsi zamanı hansı tələblər nəzərə alınmalı və həddindən artıq isinmənin qarşısını almaq üçün hansı texniki həllər tətbiq edilməlidir?
Şüşə eyvanlarda CİDDİ TƏHLÜKƏ: Ekspert AÇIQLADIMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən inşaat məsələləri üzrə ekspert və memar Muxtar Ərturan bildirib ki, şüşəli eyvan yalnız estetik element kimi layihələndirilməməlidir.

"Burada konstruktiv təhlükəsizlik, günəş şüalanması, istilik komfortu, təbii havalandırma, şüşənin təhlükəsizliyi və fasadın külək yükü birlikdə hesablanmalıdır. Xüsusilə Bakı kimi günəşli və isti yay iqlimində adi şəffaf şüşə ilə tam qapadılmış eyvan çox sürətlə istixana effekti yarada bilər. Günəş enerjisi şüşədən içəri daxil olur, səthləri qızdırır və istilik qapalı məkanda toplanır. Nəticədə eyvanın temperaturu kəskin yüksəlir və bu istilik mənzilin daxilinə də ötürülür. Bu isə kondisionerin yükünü və enerji sərfiyyatını artırır".

Memar hesab edir ki, əsas həll yalnız "daha bahalı şüşə" seçmək deyil:

"Fasadın istiqamətinə uyğun günəş nəzarətli və Low-E şüşələr, xarici kölgələndirici elementlər, jalüz və lamellər, açılan şüşə hissələri və effektiv təbii havalandırma birlikdə layihələndirilməlidir. Xüsusilə qərb və cənub-qərb istiqamətində günəşdən qorunma daha ciddi əhəmiyyət daşıyır. Təhlükəsizlik də ayrıca məsələdir. Hündürmərtəbəli binalarda şüşənin qalınlığı və növü təsadüfi seçilə bilməz. Külək yükü, panel ölçüsü, bərkidilmə sistemi və insanın şüşəyə düşmə riski hesablanmalı, tələb olunan yerlərdə temperlənmiş və ya laminə edilmiş təhlükəsizlik şüşəsi tətbiq edilməlidir".

Onun sözlərinə görə, şüşəli fasad və eyvan gözəl görünə bilər, amma memarlıq yalnız görüntü deyil:

"Əgər yayda həmin məkan istifadə edilə bilmirsə, kondisioner yükünü artırırsa və təhlükəsizlik hesablamaları aparılmayıbsa, estetik baxımdan nə qədər cəlbedici olsa da, layihə funksional baxımdan uğurlu sayıla bilməz".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4646   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz

Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala

3 oktyabr
.

4 Oktyabr - Cəbrayıl Şəhəri Günü: Zəfər tariximizin parlaq səhifəsi

4 Oktyabr Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin mühüm səhifələrindən birini özündə əks etdirir. Cəbrayılın aza

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr