Anar Nəriman Həsənzadə ilə bağlı xatirələrini bölüşdü: "O səsi bir daha eşidə bilməyəcəyəm"
"Nəriman Həsənzadənin vəfatı Azərbaycan elmi və ədəbiyyatı üçün ağır itkidir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib.
Anar bildirib ki, Nəriman Həsənzadə təkcə görkəmli şair deyil, həm də Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş, ictimai fəaliyyəti ilə seçilən ziyalı idi:
"Nəriman bəy sənətkar olmaqla yanaşı, ədəbiyyatımızın zənginləşməsində, inkişafında və ölkənin ictimai həyatında da çox fəal iştirak edib".
Xalq yazıçısı bildirib ki, Nəriman Həsənzadə son illər Azərbaycan Yazıçılar Birliyinin "Ulduz" jurnalında çalışsa da, onun fəaliyyəti formal vəzifə ilə məhdudlaşmırdı.
Anar bildirib ki, Nəriman Həsənzadə ilə uzun illərin dostluğu bağlayıb və son vaxtlara qədər mütəmadi əlaqə saxlayıblar:
"Uzun illər qardaş münasibətlərimiz olub. Son aylara, hətta son həftələrə qədər telefonla danışırdıq. Hər dəfə onun mehriban səsini eşidəndə düşünürdüm ki, bəlkə sabah özünü daha yaxşı hiss edəcək. İndi isə çox kədərlənirəm ki, o səsi bir daha eşidə bilməyəcəyəm".
Yazıçılar Birliyinin sədri vurğulayıb ki, əsl sənətkarlar bu dünyadan köçsələr də, yaradıcılıqları ilə yaşayırlar:
"Yazıçılar, şairlər xoşbəxt insanlardır. Onlar bu dünyadan köçəndən sonra da əsərləri yaşayır. Bu gün biz Nəriman Həsənzadə ilə vidalaşırıq. Amma onun əsərləri həmişə yaşayacaq, xalqımızın yaddaşında və qəlbində qalacaq".
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNurəddin Mehdixanlı xalqı Zəfər Günü münasibətilə təbrik etdi
Xalq artisti Nurəddin Mehdixanlı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktyor bayram münasibətilə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününün Azərbaycan xalqının, şəhid və qazilərin, eləcə də Azərbaycan Ordusunun qələbəsi olduğunu vurğulayıb
7 noyabrDünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər
2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin
29 oktyabrƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabrXalq artisti Alim Qasımovun 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti Alim Qasımovun doğum günüdür. Onun 69 yaşı tamam olur. xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda doğulub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyə
14 avqustVəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb
20 oktyabrAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqustCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqust