Rəşad Dağlının ittiham olunduğu maddə dəyişdirilə bilər - Vəkildən AÇIQLAMA - VİDEO
Tanınmış meyxanaçı Rəşad Dağlının ittiham olunduğu maddə istintaqın gedişatından asılı olaraq dəyişə bilər.
Sonxeber.az Sfera.az-a istinadən xəbər verir ki, bunu tanınmış vəkil Rəşad Əliyev "İN Media" "YouTube" kanalına müsahibəsində deyib.
Hazırda Rəşad Dağlıya cinayyət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. Bu maddənin sanksiyasında 9 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzasi nəzərdə tutulur.
Eyni maddə ilə cinayyət işinin ibtidai istintaqı yekunlaşıb, məhkəməyə göndərildikdən sonra məhkəmə istintaqı aparılmalıdır.
Məhkəmə istintaqından sonra dövlət ittiahımçısı cəza gözləyəcək və daha sonra məhkəmə hökm çıxaracaq.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-da, saat 00:05 radələrində Qaradağ rayonunda qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev çoxsayılı bıçaq xəsarətləri alaraq qətlə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokrorluğunda cinayət işi başlanılıb.
Hadisə ilə bağlı Mehdiyevin tanışı, 1984-cu il təvəllüdlü R. Əmirov (Rəşad Dağlı) istintaqa cəlb olunub.
Qaradağ prokorluğunun qərarı ilə onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri görülüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi qeyd edilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO