"Kəmaləddin Heydərov gecə saat 2-də yığır ki, dur gəl" - Baba Vəziroğlu

"Kəmaləddin Heydərov gecə saat 2-də yığır ki, dur gəl" - Baba Vəziroğlu"Kamalla (fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərov-red.) dostluğumuz çox qədimdir, amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Modern.az-a müsahibəsində deyib.

O bildirib ki, oğlunun adını Kəmaləddin Heydərov qoyub: "Mənim oğlumun adı da Kamaldır. Əmisi, bəstəkar Kamal qoyub adını.100-ə yaxın mahnı yazmışıq, hamısı da dillər əzbəri olub. Kamal Ələkbər Tağıyev, İbrahim Topçubaşov kimi professional musiqi təhsili olmayan sənətkarlardandır. Musiqi qabiliyyəti olan istedadlı insandır. İxtisası geoloq və hüquqşünaslıqdır. Amma ürəyi nəğməli ürəkdir. Kamalın dəstxətti həmişə seçilir.

Bir fakt deyim ki, Heydər Əliyev haqqında minlərlə mahnı yazılıb, amma onun ümumilli lider haqqında yazdığı mahnı himnə çevirildi. "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" mahnsını YAP himn olaraq qəbul etdi. Bu fitri bir istedaddır, birdən gecə saat ikidə məni yığır ki, bəs nə iş görürsən. Demirəm ki, bu vaxt yatarlar. Amma Kamal deyir ki, dur gəl, bir melodiya yaranıb. Bizim mahnılarımız uzun zamanda yaranmır, qısa vaxt ərzində ərsəyə gəlir. Heydər Əliyevə ithaf etdiyimiz mahnı bir gecənin içərisində yaranıb, amma illərdir ki, içimizdə yetişib.

"Kəmaləddin Heydərov gecə saat 2-də yığır ki, dur gəl" - Baba VəziroğluB. Vəziroğlunun sözlərinə görə, o, dəfələrlə ulu öndərlə səfərlərdə olub: "Səfərə çıxanda özü ilə bir neçə yazıçı, bəstəkar götürürdü. Onun dövlət məmurları ilə işi yox idi, onlarla yaxınlıq etməzdi. Heydər Əliyev səfərlərə gedəndə qatarı 3 vaqondan ibarət olurdu. Birində özü olurdu, birində 3-4 nəfər sənətkar, birində isə nazirlər gedirdi. Nazirlərin vaqonu sıxlıq olurdu, buna baxmayaraq onlardan heç birini bizim boş vaqona keçirmirdi. Sözümün canı odur ki, sənətkara dəyər verirdi. Heydər Əliyevin sağlığında ona həsr etdiyimiz mahnı çox səsləndirilmirdi, bu da onun öz istəyi idi. Biz onu itirəndən sonra mahnı ikinci həyatını yaşadı. Kamalla sonuncu mahnımız "Cənab Ali Baş Komandan" mahnısı Mirələm Mirələmovun ifasında zəfərimizə, Ali Baş Komandana həsr olunub. İndi isə yeni mahnılar üzərində işləyirik. Leyla Əliyevanın da yazdığı sözləri mahnıya çeviririk. Yenidən "Səndən Nigaranam", "Xatirədir" stilində melodiyalara qayıdırıq. Xalq o mahnıları sevdi, indi də ardını istəyir".

"Kəmaləddin Heydərov gecə saat 2-də yığır ki, dur gəl" - Baba VəziroğluŞair hesab edir ki, Azərbaycanda icra başçılarının 70%-ni dəyişmək lazımdır: "Dəyişmək də yox, içəri basmaq lazımdır. İndi icra başçısı vəzifəsində çalışanların tutulanlardan heç bir fərqi yoxdur. Yevlaxın icra başçısı saxlanılıbsa, ətraf rayonların da başçıları saxlanılmalıdır. Çünki rayonlar dəhşətli vəziyyətdədir. Rayonlara Ramiz Mehdiyevin köhnə kadrları başçılıq edirlər. Bir-ikisi istisna olmaqla, hamısı quldur, millətə zülm edənlərdir. Bir neçə gün əvvəl ali bir məclisdə dedim ki, araşdırmısız bu qədər qazi niyə intihar edir? İcra başçıları otururlar kresloda telefonla məşğuldurlar, heç bir işləri yoxdur. Hər şeyi professional şəkildə relsə qoyublar, pul özbaşına ciblərinə axır. Telefonda boş-boş işlərlə məşğuldurlar, yeyib-içirlər.

İcra hakimiyyətinin qarşısında sözünü demək istəyən qazini qəbul etmək nə çətin işdir?! O başçının köməyi gözünə girsin, təpəsinə dəysin. O qazi dinlənilmək istiyir, təsəlliedici söz demək çətin deyil. Cibinə yığdığın rüşvətdən hələlik bir az ver ki, dərdinə çarə tapsın, həm də Allaha xoş getsin. O qazinin puludur da yeyib, talayıb oturmusan orada, qudurğanlıq edib niyə qəbul etmirsən? Qazinin psixoloji problemi var deyirlər, ay alçaq, psixoloji problemi var, göndər müalicə alsın. İcra başçısı o bölgədə Prezidentin səlahiyyətli nümayəndəsidir. Bu boyda məmləkətin Prezidenti balaca uşağın qarşısında əyilir, söhbət edir. Sən niyə özünü darta-darta yeriyirsən. Onları görəndə məcbur qalıb əl verirəm, bilirəm ki, onların əlləri çirklidir, günaha batıb, qazi qanına batıb. Şəxsən tanıdıqlarım var İsmayıllının, Biləsuvarın və bir neçə rayonun cavan, savadlı başçıları bütün gün vətəndaşların içindədirlər, onlara yardım edirlər".

"Kəmaləddin Heydərov gecə saat 2-də yığır ki, dur gəl" - Baba VəziroğluB. Vəziroğlu deyib ki, Mədəniyyət Nazirliyinin ən qara dövrü Əbülfəs Qarayevin vaxtında olub: "Nazirlik bir həsirdir, bir məmmədnəsir. Anar Kərimovu tanımırdım, kənar sahədən gəlib. Bir çox tədbirlərdə və Şuşada görüşmüşük çox işgüzar adama oxşayır. Mədəniyyət sahəsi çətin, ziddiyyətli bir sahədir, bunu qısa müddət ərzində relsə qoymaq mümkün deyil. Görüləcək işlər var ona görə gözləyirəm. Əbülfəs Qarayev bilmirdi ki, Yazıçılar Birliyi, Kinemotaqrafçılar İttifaqı var, yoxsa yox. Deyirdi "gətirin görək, kimə "Xalq artisti" adı vermək lazımdır", adam "böyük" deyildisə, "buna "Əməkdar artist" adı verək" deyirdi. Anar Kərimovdan mütərəqqi addımlar gözləyirik. Əbülfəs heç adam da saymırdı, gərək gedib qarşısında təzim edərdin, mənlə də arası bu təzim məsələsinə görə dəymişdi. Mirzə Babayev rəhmətə gedən vaxtı bir neçə şəxslə teatrın qarşısında durub söhbət edirdik. Bir maşın gəldi Əbülfəs Qarayev düşdü maşından, məmurlara xas olan xüsusiyyətdə ətrafa boylandı. Yanımdakı şəxslər düşdü əl verdi görüşdü, mən isə əyilib salam vermədiyim üçün nifrətlə baxıb keçdi. O gündən sonra mənlə düşmən oldu. Əvvəllər guya dost idi, çevirildi düşmənə. Mən xalqın şairiyəmsə, xalqın xidmətçisi gəlib mənlə görüşməlidir. Əbülfəsin məkirli sifətindən sonra, belə gülərüz adam mənə xoş gəlir (gülür). İndiki proseslər də köhnədən qalan zibillərdi ortaya çıxır, aşkar olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5424   Tarix: 01 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr