Bakıda ət niyə regionlardan daha bahadır? - AÇIQLAMA
Ətin regionlarda ucuz olması ancaq Bakıda və digər ərazilərdə daha baha olması məsələsinə aydınlıq gətirilib.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputatların sualını cavablandırarkən bildirib ki, burada iqtisadi amillər var.
O qeyd edib ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır.
"Ətin qiymətləri Tarif Şurası tərəfindn tənzimlənmir. Ətin qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var. Lakin biz "Daxili ticarət haqqında" qanun layihəsi hazırlayırıq və bu layihə təchizatçılar ilə ticarət şəbəkələri arasında münasibətləri tənzimləyəcək və bu da öz növbəsində qiymətlərə müsbət təsir edə bilər", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1468 Tarix: 01 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr