"İranlı deputatların açıqlamalarını həddini bilməmək kimi qiymətləndirirəm"- DEPUTAT
"Mən son günlərdə İran İslam Respublikasının parlamentində bəzi deputatların səsləndirdiyi fikirlər həftələr əvvəl İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin çıxışı ilə qəti üst-üstə düşmür".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, əgər qonşu ölkənin parlamentində belə bir çıxış olursa demək ki, İran hakimiyyəti Azərbaycanla münasibətləri qaydaya salmaq əvəzinə daha da korlamağa cəhd edir. İran dövlətinin xarici siyasət xətti, Ermənistana olan dəstəyi hər birimizə məlumdur. 30 il müddətində ara-sıra münasibətlər kəskinləşsə də indiki səviyyəyə gəlib çıxmamışdı. Hər iki tərəfin müəyyən mənada sərhədləri, toxunulmaz hesab olunan qaydaları var. İran parlamentində bir deputat Azərbaycan Respublikasının prezidentinə xəbərdarlıq edir. Bu çox ciddi siyasi səhvdir. Bu addım həddini bilməmək kimi qiymətləndirirəm. Siyasi dilemmadan anlamayan, siyasi münasibətləri korlamaqla məşğul olan iranlı deputatları ədalətli olmağa çağırıram. Unutmayaq ki, Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub və elə də qalacaq".
Deputat vurğulayıb ki, ümumiyyətlə, hər bir dövlət rəsmi, şəxsi, xarici siyasətdən danışarkən üslubuna, müraciət şəklinə diqqət etməlidir, onlar təmsil etdikləri dövlətlərin simasıdır. Mən iranlı həmkarımın çıxışını qonşu ölkənin siyasi rəhbərliyinin etinasızlığı kimi qiymətləndirirəm:
"Bu məsuliyyətsiz yanaşmalar tarixən qonşu olmuş iki dövlətin münasibətlərinə hər an zərbə vura bilər. Onsuzda beynəlxalq imici heç də yaxşı olmayan qonşumuz münasibətləri korlamağa davam etməkdə israrlı görünür".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO