Sahibkarlar təbii qazla bağlı qarşılaşdıqları problemləri bildirdilər
"Biz SOCAR "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Açıq mikrofon" aksiyası çərçivəsində sizləri dinləmək, qaz təminatı ilə bağlı yaranan problemlərinizin həllinə yerindəcə köməklik göstərmək və sizin müraciətlərinizi Birliyin rəhbər şəxslərinə çatdırmaq üçün buradayıq".
Bu sözləri Salyan rayonu, Təzəkənd kəndində sahibkarlarla keçirilən görüş zamanı Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bildirib.
KOBİA nümayəndəsi Ayaz Əbdülov aksiyada iştirak etmələrinin əsas məqsədinin sahibkarların problemlərini dinləmək və onların yerli kommunal xidmətlərə qoşulmalarına köməklik göstərmək olduğunu vurğulayıb.
Aksiyada iştirak edən sahibkarlardan Əhmədov İlqar, Əliyev Qəzənfər, Ağamalıyev Teymur və digərləri istifadələrində olan istixanalar üzrə yaranmış debitor borcun ödənilməsində onlara güzəşt edilməsini xahiş ediblər.
Sahibkarlarla yanaşı, vətəndaşlar da aksiyaya maraq göstəriblər. Belə ki, Quyçu kənd sakini Nəsibə Qəfərova mənzilinin qazlaşdırılmasına köməklik göstərilməsini istəyib.
Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinin iştirak etdiyi aksiyada bütün müraciətlər qeydiyyata alınıb.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO