İş yoldaşının telefonuna gizli proqram yazıb görüntülərini lentə alırmış...

İş yoldaşının telefonuna gizli proqram yazıb görüntülərini lentə alırmış..."Gülüstan" sarayının əməkdaşını intim görüntülərlə şantaj edən keçmiş iş yoldaşının məhkəmə prosesi başa çatıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmunə əsasən, Rəşad Əmirov 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində məlum olub ki, Rəşad Aydın Quliyevin (ad-soyad şərtidir) telefonuna şəxsi məlumatlarını ələ keçirmək üçün uzaq məsafədən sahibinin xəbəri olmadan kameranı aktiv etməklə onu gizli şəkildə izləməyə imkan verən "Trackview" adlı proqram yazıb.

Nəticədə Aydın sanitar qovşaqda olarkən Rəşad onun telefonunun kamerasını aktiv edib və intim görüntülərini lentə alıb.

Bundan sonra isə Rəşad Aydına görüntüləri göndərərək onu şantaj edib və videonun yayılmaması üçün qarşı tərəfdən 5000 dollar pul tələb edib. Rəşad Aydının şantaja boyun əymədiyini görüb görüntüləri onun iş yoldaşlarına göndərib və daha sonra "Gülüstan" sarayının rəhbərliyinə göndərəcəyinə dair fikrinin ciddi olduğunu bildirib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etmiş Rəşad Əmirov zərərçəkmiş şəxsi 10 ildir tanıdığını bildirib. Tərəflərin tanışlığı "Buta Palace" restoranında işləyərkən olub. Onlar daha sonra "Gülüstan" sarayında işə qəbul olunublar. Lakin ofisiant kimi çalışan Rəşad Əmirov tədbir zamanı spirtli içki qəbul etdiyi üçün işdən kənarlaşdırılıb.

Rəşadın Aydının telefonunda proqramı necə yazmasına gəlincə, bu, 2022-ci ilin aprelində baş verib. Belə ki, Aydın özünə aid telefonu Rəşada verərək ondan mobil telefonun yaddaşına kino izləmək üçün və sosial şəbəkələrə aid proqramlar yazmasını xahiş edib. Eyni zamanda, ondan xahiş edib ki, azyaşlı qızının telefonuna nəzarət etmək üçün xüsusi proqramlar yazsın.

Nəticədə Rəşad Aydının telefonuna proqramlar yazaraq sahibinə qaytarıb. Onun hərəkətlərini izləmək üçün yazdığı "Trackview" proqramını isə proqamlar bölməsində gizlədib.

Görüntüləri əldə etdikdən sonra Rəşad Əmirov Aydını şantaj edərkən əsl kimliyini gizlədib və ona xarici nömrənin vatsapı ilə yazıb. Bir müddət sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırma ilə bağlı dəvət ediblər. Əvvəlcə izahatı alınıb sərbəst buraxılsa da, daha sonra hədə-qorxu ilə pul tələb etmə cinayətində şübhəli bilindiyinə görə tutulub. O, bu hərəkəti zarafatla ediyini, bunun cinayət olduğunu bilmədiyini deyib.

Aydın isə şantaj edilərkən pulunun olmadığını, videonu kimə istəyirsə, göndərə biləcəyini deyib. Bundan sonra DİN-in 102 xidmətinə şikayət edib. Bir müddət onu hədələyən şəxsi Binəqədi RPİ-nin 6-cı polis şöbəsinin əməkdaşları müəyyən edə bilməyib. Sonradan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmaya dəvət edən zaman məlum olub ki, ona qarşı bu cinayəti törətmiş şəxs uzun müddətdir tanıdığı Rəşad Əmirovdur.

Buna baxmayaraq, Aydın Quliyev təqsirləndirilən şəxsi bağışladığını deyib, ona qarşı şikayət və tələbi olmadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov isə onu bağışlamayıb. O, 7 il 2 ay müddətlik həbs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1586   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr