Bayram günləri əməkdaşın işə çağırılmağının qarşılığı nə olmalıdır?

Bayram günləri əməkdaşın işə çağırılmağının qarşılığı nə olmalıdır?Bir çox dövlət qurumlarında, nazirlik və komitələrdə şənbə günü qeyri-iş günü hesab edilsə də, idarə və şöbə rəisləri, həmçinin bəzi əməkdaşlar məcburi qaydada işə çıxarılırlar. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən, belə olan halda həmin şəxslərə kompensasiya ödənilməlidir.

Amma nədənsə bu baş vermir. İşçilər isə işlərini itirmək qorxusundan hüquqlarının bu şəkildə pozulmasına etiraz edə bilmirlər.

Maraqlıdır ki, bu hal geniş yayılsa da, nədənsə Hesablama Palatasının hesabatlarında əks olunmur. Halbuki, Palata dövlət təşkilatlarında yoxlama apararkən, əməkdaşların davamiyyətini də yoxlayır.

Sonxeber.az-ın məlumatına görə, bu barədə bizim.media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, işçilərin qanunsuz olaraq iş saatından artıq işə cəlb edilib-edilmədiyinin araşdırılması Dövlət Əmək Müfəttişliyinin səlahiyyətinə aid məsələdir:

"Hesablama Palatasının konpetensiyasına aid deyil. Palatanın vəzifəsi dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinə nəzarət etməkdir. İşçinin kompensasiya ödənilmədən əlavə işə cəlb edilməsini yoxlamaq onların səlahiyyətinə daxil deyil".

Həmsöhbətimiz bildirir ki, Dövlət Əmək Müfəttişliyi isə yoxlamalara moratorium qoyulması səbəbindən bu funksiyanı icra edə bilmir:

"Dövlət qulluğu haqqında" Qanunda yazılır ki, ödəniş etmədən 5 saatdan çox olmayaraq ay ərzində işçini əlavə işə cəlb edə bilərlər. Amma bunun üçün həm işçinin özünün razılığı olmalı, həm də əmirləşdirilməlidir. Özü də bu zaman ödəniş ikiqat olmalıdır.

İşçiləri qeyri-rəsmi olaraq dövlət və ya kommersiya orqanlarında iş vaxtından artıq olmaqla işə cəlb etmək qanun pozuntusudur. Ona cavabdeh olan qurum isə Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Lakin yoxlamalara moratorium qoyulduğundan həmin qurum da yoxlama hüququna malik deyil".

S.Məmmədov deyir ki, problemdən çıxışı yolu qanunsuz olaraq əlavə iş saatına cəlb edilənlərin şikayət etməsindən keçir:

"Bu fonda qeyri-iş günlərində məcburi qaydada işə cəlb edilənlər şikayət etməlidirlər. Amma sonrakı taleyini nəzərə alaraq bunu da edən, demək olar ki, yox dərəcəsindədir. Çünki işdən çıxarıla biləcəyindən qorxurlar. Problem də burada qapanır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1308   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21 sentyabr
.

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. "Report"a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiye

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

20 sentyabr
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr