Azərbaycanda 2022-ci ildə ən çox dinlənilən mahnılar hansılardır?
2022-ci ilin ən çox dinlənilən müğənniləri və mahnıları ilə bağlı araşdırma aparılıb.
Oxu.Az "Spotify" proqramı və "YouTube" platformasında ən çox dinlənilən mahnıların siyahısını təqdim edir.
Azərbaycanda ən çox diqqət görən yerli ifaçıların sırlamasında Röya Ayxan, Hiss və Orxan Zeynallı üst sıralarda yer alır. Röya Ayxanın Nicat Rəhimovla birlikdə ifa etdiyi "Dəli kimi" adlı ifa sentyabrda təqdim edilməsinə baxmayaraq, az bir zamanda ən çox dinlənilən mahnılar arasındadır.
Gənclərin son illər sevimlisinə çevrilən Hiss ləqəbi ilə məşhurlaşan müğənnin mahnılar da bu ilin hitlərindəndir. Bir ay öncə təqdim olunan "Unuduram səni" adlı mahnısı onu sevənlərin dillər əzbərinə çevrilib.
Orxan Zeynallı da illər keçməsinə baxmayaraq, fanatları tərəfindən unudulmayıb. Repçi trekləri son günlər ən çox dinlənilənlər arasındadır. İfaçının altı il aradan sonra "40-cı paralel" adlı konsert proqramı bu yaxınlarda böyük izdihamla baş tutdu.
Bundan başqa, digər repçilər də gənclərin əvəz olunmazlarına çevriliblər. Paster, Xpert, Jony, MadTeen, Epi, Mehdi Sadıq kimi ifaçıların hər biri "Spotify" və "YouTube"da ən çox dinlənilənlər arasında ön sıradadırlar.
Türkiyəli ifaçıların arasında isə ən çox populyar olan Madrigalın "Seni dert etmeler" ifasıdır. Mahnı iki ilə yaxındır ki, dinləyicilərin dillər əzbərinə çevrilib. Bundan əlavə, No.1 "Yarım kalan sigara", Madrigal "dİp", Can Koç "Gökyüzünün tutamam" hitləri də Azərbaycanda ən sevilən mahnılara çevrilib.
Xaricilərdən Tom Odell "Another Love", The Neighbourhood "Sweater weathere", Elli Dune "Middle of the night" trekləri ən çox dinlənilənlər arasındadırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO