"İran başa düşməlidir ki, ölkəmiz 90-cı illərdəki Azərbaycan deyil" - DEPUTAT
"44 günlük Vətən müharibəsindəki böyük qələbəmiz bizə dünyadakı dostlarımız və düşmənlərimizin kim olduğunu aydın göstərdi. Onlardan açıq kartla oynuyanı Fransadırsa, digəri də qonşumuz İrandır. İran həmin dövlətdir ki, yarandığı andan bu günə kimi Azərbaycan Respublikasının uğurlarını qısqanclıqla yanaşıb, onun inkişafını arzulamayıb. Birinci Qarabağ Müharibəsində İranın dırnaqarası fəaliyyətlərini bilirik. İşğal dövründə ermənilərlə hansı əlaqələrdə olduğunu da bütün dünya bilir".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, son zamanlar İranın kini, nifrəti öz daxilində od püskürür.
"İran vətəndaş müharibəsinə az qala getdiyi zamanda Azərbaycana şər atmadan dayana bilmir. İran siyasətçiləri, mollaları, deputatları parlament iclasında Azərbaycan haqda xəbərdarlıq edib. Bir mənalı olmayaraq məsləhətlər verilib ki, əgər Azərbaycan birləşəcəksə, İranın tərkibində olmalıdır. Bu qədər həddini aşan bir fikir və onları dəstəkləyənlər düzgün deyil.İran dövləti Azərbaycanla bağlı siyasətində düzgünlüklər eləməlidir. Bütün bu fikirlər əslində İrandakı durumu da açıq-aydın göstərir. Cəmiyyətdəki insanlar anlayırlar ki, Azərbaycanla güc hədə-qorxu ilə danışmaq olmaz. Əks təqdirdə bu İranın öz başında çatlaya bilər. İran başa düşməlidir ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Müstəqil Azərbaycan dünyada xüsusi nüfuza malik olan ölkələr sırasındadır. Azərbaycan Prezidenti dünyanın sayılıb-seçilən lideridir. Qazandığımız uğurlar dünyaya məlumdur. İran dostluqdan, İslam dinindən danışırsa, yaxşı olar ki İslamın ən böyük düşməni Ermənistanla münasibətlərinə yenidən baxsın. Azərbaycan İranla həmişə doğru qonşuluq münasibəti yeridib və bunu da İrandan gözləyib. Düşünürəm ki, İran siyasi hərbi rəhbərliyi artıq anlamalıdır ki, bu ritorika ilə uzağa gedə bilməyəcəklər. Dünya həmin dünya deyil. Artıq bunları anlayışla qarşılayıb, yeni düzənə uyğun siyasət yeridilməlidir. Bu isə Azərbaycanla dialoqdan, anlayışdan və etdikləri səhvlərə görə üzrxahlıqdan keçir".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO