"Fransa qətnamələrlə faktiki olaraq edə biləcəyinin maksimumunu etdi" - DEPUTAT

"Fransa qətnamələrlə faktiki olaraq edə biləcəyinin maksimumunu etdi" - DEPUTAT"Terror dövləti Fransa anti-Azərbaycan ritorikası ilə Fransa "dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı" başda olmaqla beynəlxalq hüququn ən azı 5 prinsipinə açıq şəkildə pozdu. Bu təcavüzkar, mürtəce imperialist mahiyyətlə Fransa həm də Cənubi Qafqazda sülh üçün maneəyə çevrilməklə Afrika və Cənubi Şərqi Asiyada bütövlükdə 20 milyona yaxın insanın ölümü ilə nəticələnən dövlət terroru təfəkkürünü müasir dövrdə də yaşatdığını bəyan etmiş oldu. Bu əslində BMT Nizamnaməsini rədd etmək deməkdir. Belə olan halda Fransanın BMT Təhlükəsizlik Şurasını daimi üzvü kimi qalması təşkilatın özünün məramına ziddir və bütövlükdə BMT-nin sonrakı fəaliyyətinə olan qlobal etimadı sual altına qoyur. Rəsmən terror saçan, dünyada separatizmi təşfiq edən bir dövlətin bəşəri təhlükəsizlik məsələsində söz sahibi olması qlobal təhdid deməkdir. Azərbaycan Prezidenti də məhz bu situasiyanı rəhbər tutaraq, Parisin istənilən formada danışıqlarda vasitəçi olması ehtimalını rədd etmişdi və bir daha cənab İlham Əliyevin Fransanın qərəzli və vicdansız mövqeyinin sülh prosesinə mane ola biləcəyi ehtimallarında nə qədər haqlı olduğunu gördük".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

"Fransanın addımlarından danışarkən bütövlükdə prosesləri ermənipərəstliklə bağlamağı tərəfdarı deyiləm. Ümumiyyətlə erməni kimdir ki, Fransa yaxud digər iri dövlət "ermənipərəst" olsun, erməni də Ermənistan da sadəcə alətdir, vasitədir. Hansı ki, bu çirkli alətdən imkanı çatan hər kəs istifadə edib atır,
Ermənilərin bu gün Fransa siyasətində həlledici gücü də sadəcə boş mifdir. Fransada nə qədər erməni seçici var ki? Erməni lobisi ən yaxşı halda Marsel bələdiyyəsinin seçkilərində hansısa formada təsirli ola bilər. Ona görə, Parisin məqsədləri daha fərqli müstəvidə araşdırılmalıdır. Fransa neo-imperializm niyyətini Qafqazda canlandırmaq fikrinə düşüb və bölgədə isə Parisin mürtəce siyasəti önündə ən ciddi maneə iqtisadi və siyasi cəhətdən tam müstəqil olan Azərbaycandır. Prezident İlham Əliyev bütün dünya dövlətləri, o cümlədən də Fransa ilə əməkdaşlığı təşfiq edən açıq siyasi kurs yürüdür və bu kurs hər bir tərəfdaşdan bərabərhüquqlu münasibətlər, suverenliyimizə və Azərbaycanın milli maraqlarına hörmət edilməsini tələb edir. Əlbəttə, Afrikada Asiyada ağa kimi davranmağı adət etmiş Paris üçün arzuedilən deyil, amma Fransa nə edə bilir? Fransa qətnamələrlə faktiki olaraq edə biləcəyinin maksimumunu etdi. Çünki Prezident İlham Əliyev elə bir siyasi-diplomatik konfiqurasiyaya nail olub ki, Paris bölgədə Azərbaycanla hərbi dildə danışa bilməz, beynəlxalq təşkilatlar çərçivəsində isə Azərbaycana hücum cəhdləri güclü tərəfdaşlıqlarımız fonunda ard-arda fiaskoya uğramaqdadır. Eyni zamanda Fransanın insan haqları amili fonunda Azərbaycana ənənəvi səlib yürüşünün də biyabırcı formada sonuclandığının şahidi olmaqdayıq. Ərəb Liqasının iclasında Qoşulmama Hərəkatının sədri kimi cənab İlham Əliyev Fransanın soyqırım törətmiş cinayətkar kimi əsl simasını ifşa etməklə, bu ölkənin insan haqlarından danışa biləcək sonuncu dövlət olduğunu qlobal müstəvidə sübut etdi. Fransanın təşfiqi ilə ölkə daxilində uğursuz aksiya cəhdləri biyabırçılıqla sonuclandı. Bu mənada ard-arda fiaskolardan sonra Parisin əvvəlki ampulasında davam edə biləcəyi inandırıcı deyil və hesab edirəm ki, Fransanın dəyişmiş ritorikasına şahidlik edəcəyimiz gün uzaqda deyil. Prezident İlham Əliyev Paris üçün ağrılı da olsa bölgənin əsl sahibinin kim olduğunu fransızlara qəbul etdirib. Təsadüfi deyil ki, Fransa xarici işlər nazirliyinin nümayəndələri artıq Parlamentin mövqeyinin Fransanın xarici siyasət kursunu ehtiva etmədiyini bəyan etdi. Amma Azərbaycan boş sözlər, vədlər üçün vaxtı olmayan kifayət qədər ciddi beynəlxalq oyunçudur və istənilən addıma münasibətdə adekvat cavab verməkdə davam edəcək. Proseslərin gedişində isə heç şübhəsiz ki, uduzan Fransa və fransızlardır. Bilirsiniz ki, Sovetlər Birliyi dağıldıqdan sonra Fransa Cənubi Qafqazda fəal siyasi oyunçulardan və iqtisadi tərəfdaşlarıdan biri kimi çıxış edir, iqtisadi maraqlarını yüksək səviyyədə təmin edirdi. Bölgənin siyasi və iqtisadi, Vətən müharibəsindən sonra isə həm də hərbi gücü kimi özünü təsdiq edən Azərbaycan Paris üçün iqtisadi-ticari tərəfdaşlığın əsas həlqəsi idi. İndi Fransanın nümayiş etdirdiyi mövqe ilk növbədə Fransanın Cənubi Qafqazdakı iqtisadi maraqlarına zərbə oldu. Xüsusən də Cənubi Qafqazın, konkret olaraq Azərbaycanın zəfərindən sonra yeni dünya reallığında artan imkan və mövqeyi, bölgənin tranzit haba çevrilməsi fonunda Fransa çox ciddi imkanlardan məhrum etmiş oldu və müəyyən dövrdən sonra əgər Fransada hansısa prqamatik bir qüvvə hakimiyyətə gələrsə, elə Parisin özünün maraqları naminə Makron rejimindən mütləq bu səbatsılığın hesabını soruşacaq".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1367   Tarix: 02 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr