Vətəndaşların NƏZƏRİNƏ! - Heç kim buna görə sizdən PUL ALA BİLMƏZ - VİDEO
Bu günlərdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xəstələrdən pul yığıldığına dair görüntülər yayılıb.
BAKU.WS-in məlumatına görə, görüntülərdə instituta müraciət edən şəxslər iddia edirlər ki, rentgen üçün hər kəsdən 10 manat pul tələb edilir.
Pul verməyən şəxslər isə saatlarla növbədə qalırlar. Əvəzində 10 manatından keçən şəxslər növbəsiz rentgen xidmətindən istifadə edirlər.
Məsələ ilə bağlı araşdırma aparan BAKU.WS saytı müəyyənləşdirib ki, əslində adı çəkilən xidmətə görə vətəndaşlardan pul tələb oluna bilməz.
Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən də BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlardan yığılan 10 manat qanunsuzdur:
"Məlumat üçün bildirək ki, rentgen müayinəsi icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi ilə təminata alınıb və ödənişsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, videoda qeyd olunan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsidir. Tibb müəssisələrinin idaredilməsi TƏBİB-in səlahiyyətlərinə aid olduğu üçün şikayətin araşdırılması ilə bağlı TƏBİB-ə müraciət etməyinizi tövsiyə edirik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO