"Norm" ASC ağacəkmə kampaniyasına qoşulub
Gənclər və İdman Nazirliyi Velosiped trekinin balansında olan BMX Veloparkında ağacəkmə kampaniyası keçirilib. Kampaniyada Müdafiə Sənayesi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirliyi, Velosiped Federasiyası, yerli icra hakimiyyəti orqanlarının və bir sıra yerli qurumların nümayəndələri iştirak edib. "Norm" ASC də bu kampaniyaya qoşulub və ərazidə yüzlərlə ağacın əkilməsinə, eləcə də əkilən ağacların suvarılmasında istifadə olunan damcılama sisteminin təchiz olunmasına dəstək göstərib. BMX Veloparkında ağacəkmə kampaniyası Bakı şəhərində yaşıllıqların artırılması və ekoloji mühitin yaxşılaşdırılmasına dəstək baxımından mühüm əhəmiyyət kəsb edir və "Norm" ASC-nin kampaniyaya qoşulması şirkətin ekoloji cəhətdən dayanıqlı inkişafa verdiyi önəmin göstəricisidir.
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. Zavodda NORM KLASS A400 - CEM II/A-L 32.5R, NORM KLASS B - CEM II/B-L 32.5R, NORM KLASS C500 - CEM II/A-P 42.5R, NORM KLASS S - CEM II/A-P 42.5N (SDPS 500 Ə20), NORM KLASS D - CEM II/A-P 42.5R, NORM KLASS L500 - CEM II/A-L 42.5R, NORM KLASS 1 - CEM I 52.5N, NORM KLASS G (HSR) - API Spec 10A Class G HSR sement məhsulları istehsal olunur.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO