Dekabrda Bakıya qar yağacaq?
"Dekabrın 7-nə kimi hava soyuq olacaq".
Lent.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, dekabr ayında şaxta gözlənilmədiyi üçün yağıntılar yağış şəkilində olacaq:
"Paytaxtda bu müddət ərzində ən soyuq havanın dekabrın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperatur biri-birinə yaxın, 3-6 dərəcə isti olacaq. Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb və havanın temperaturu iqlim normasından 2,3 dərəcə aşağı olub.
Bu ay ən çox şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeron yarımadasında yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3280 Tarix: 02 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr