Azərbaycanda ŞOK HADİSƏ - Dəfn pulu... - VİDEO
Ölmüş adama görə ödənilən dəfn pulu kredit borcuna yönləndirilib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Biləsuvar rayon sakini Faiq Əsgərov belə bir iddia ilə çıxış edir.
Faiq Əsgərovun sözlərinə görə, anası Elmira Abbasova oktyabr ayının 24-də vəfat edib. Faiq Əsgərov noyabr ayında anasının ölümü haqqında şahadətnaməni aidiyyəti quruma təqdim edib. Ona bildirilib ki, 720 manat məbləğində olan vəsait poçt vasitəsi ilə ödəniləcək.
Lakin bir müddət sonra bu ödənişin yubanması ilə əlaqədar Faiq Əsgərov "142 çağrı mərkəzi"nə zəng edib. Ona bildirilib ki, adına cəmi 166 manat pul ayrılıb. Faiq iddia edir ki, vəfat etmiş anasının pensiya kartına köçürülən pulunun 554 manatı kredit borcuna görə tutulub.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildiriblər ki, vətəndaşların hesabına köçürülən vəsaitlərdə Fond tərəfindən hər hansı tutulmalar aparılmır. Mərhum Elmira Abbasovanın 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülüb.
Eyni zamanda, Elmira Abbasovanın vəfatı ilə bağlı dəfn xərci olaraq vəsait də onun vərəsəsi olan oğlunun hesabına tam məbləğdə köçürülüb. Hesabına köçürülmüş vəsaitdən tutulma ilə bağlı vətəndaşın müvafiq banka müraciət etməsi tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2873 Tarix: 02 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gələn ildən ilkin peşə təhsili üzrə təhsil krediti veriləcək
Gələn ildən ilkin peşə təhsili üzrə də təhsil tələbə krediti veriləcək. xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçü
25 dekabrNaxçıvanda 10° şaxta var
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub. Düşən yağıntının miqdarı Xaçmaz v
25 dekabrTəyyarə qəzası süni intellektlə anbaan canlandırıldı - Video
Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı süni intellektlə "Səma qurbanları" adlı qısametrajlı film hazırlanıb. "Qafqazinfo" xəbər verir ki, layihənin rəhbəri Azərbaycanı
25 dekabrElektron siqaret qadağası - Bu tarixdə qüvvəyə minəcək
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, topdan və pərakəndə satışına dair qadağa gələn il aprelin 1-dən qüvvəyə minəcək. xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılaca
25 dekabrSon dörd ildə 761 min manata yaxın təhsil krediti vəsaiti bağışlanıb
Təhsil Tələbə Krediti Fondu 761 min manata yaxın təhsil krediti vəsaitini bağışlayıb. xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib. B.Əzimov eyni zamanda götürülən kreditlərin geri ödəniş mərhələsində tətbiq olunan güzəştlərdə
25 dekabr