Adı ölənlərin siyahısında çıxdı, 35 dəqiqə ürəyi dayandı, 1 ay komada qaldı - Video
2024-cü ilin dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan və bir ay komada qalan Hafisət Çitiyeva faciənin dəhşətləri barədə danışıb.
"Qafqazinfo" xəbər verir ki, o, dekabrın 25-də həyat yoldaşının yanına getmək üçün təyyarəyə mindiyini bildirib:
"Təyyarəyə yoldaşımın iki bibisi ilə birlikdə minmişdim. Hadisə baş verəndə "panika" yaranmışdı, hamı qışqırırdı. Hər şey yadımdan çıxıb. Hökumənin "hər şey yaxşı olacaq" deməsi yadıma düşür. Qəza nəticəsində belim, sol çiynim, qabırğalarım, döş qəfəsim və ayağım qırılmışdı. Belimdə implant var. Sol çiynimə görə hələ də müalicə almalıyam. Ayılanda soruşurdum ki, niyə bu vəziyyətdəyəm, heç nə başa düşmürdüm. Hələ də qorxuram, axşamlar rahat yata bilmirəm. Qəza ilə bağlı çox videoya baxmışam. Ölən insanların siyahısında mənim də adım var idi".
Hafisət Çitiyevanın atası Hüseyn Çitiyev bildirib ki, Qəzadan sonra Aktauya gedib:
"Orada həkimlərdən soruşdum ki, vəziyyəti necədir qızımın, yaşaya bilərmi? Dedilər şükür, ölən yerdə Allah onu sizə qaytarıb. Bildirdilər ki, ilk dəfə görüblər ki, 35 dəqiqə ürəyi dayanmış birini geri qaytarmaq olsun. Bunu möcüzə adlandırdılar".
Daha ətraflı "Baku TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 981 Tarix: 25 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021