Azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib - FOTO
Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2022-ci il üçün təsdiq olunan birgə tədbirlər planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçularının, eləcə də komitənin bir qrup nümayəndəsinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib.
Görüşlərdə "Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması", "Gənclərin tərbiyəsində islam dininin rolu", eləcə də "Azərbaycan qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri" mövzularında geniş söhbətlər aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.





Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO