Mingəçevirdə bağçada biabırçı vəziyyət – FOTOLAR
Mingəçevir şəhərində yerləşən 20 N-li "Lalə" körpələr evi uşaq bağçası biabırçı vəziyyətdədir.
Globalinfo.az xəbər verir ki, adı çəkilən bağça SSRİ vaxtından istifadəyə verilib.
Şikayətçilərin sözlərinə görə, indiyənə qədər bağçada heç bir təmir işləri aparılmayıb:
"Əgər bura bağça demək mümkündürsə. Valideynlər əlacsız övladlarını bu bağçaya gətirirlər. Bağça heç bir normalara cavab vermir. Bina o qədər köhnədir ki, nə qapısı, nə pəncərəsi, nə də uşaqların istirahəti üçün həyəti var. Hələ üstəlik də, elektirik xətləri o qədər nasazdır ki, qızdırıcını qoşan kimi bağçada qısaqapanma nəticəsində alovlanma başlayıb".
Məlumata görə, hazırda bağçada elektirik xətləri işləmir və otaqlar odun peçi ilə qızdırılır.
Sual yaranır, bu vəziyyətdə olan bağça ilə bağlı aidiyyatı qurumlar niyə gərəkli addımlar atmırlar? Uşaqların şəraitsiz vəziyyətdə olmaları nə üçün heç kimi narahat etmir? Ünvanı bildirən löhvə bu vəziyyətdə asılıbsa, onda digər problemlərdən danışmağa dəyməz.
Mövzu ilə bağlı müvafiq qurumların mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO