Bir ailənin dörd üzvünü öldürən şəxsi hansı cəza gözləyir?
Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirən Fuad Cəlilzadə 14 ildən 20 ilədək və ya ömürlük həbs edilə bilər.
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Anar Ramazanov ortada xüsusi ağır cinayətin olmasına diqqət çəkib:
"İbtidai istintaq hansı maddə ilə cinayət işi açıldığını mətbuata tam açıqlamır, amma işin hallarına baxdıqda biz burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2-ci maddəsində göstərilən bir neçə cinayət tərkibinin baş verdiyini deyə bilərik. Belə ki, həmin maddədə əks olunan iki və daha çox şəxsi öldürmə, xüsusi amansızlıqla adam öldürmə və tamah niyyəti ilə adam öldürmə cinayətlərinin əlamətlərinə bu hadisədə rast gəlmək mümkündür. Birinci əlamət, yəni iki və daha artıq şəxsi öldürmə artıq məlumdur və istintaq ona birmənalı qiymət verəcək".
Hüquqşünas qeyd edib ki, işin gedişində ortada tamah və başqa niyyətlə adam öldürmə kimi epizodlar öz təsdiqini taparsa, o zaman həmin şəxs bir neçə maddə üzrə ittiham olunacaq:
"Bu zaman onun cəzası 120.2-ci maddədə nəzərdə tutulduğu şəkildə 14 ildən 20 ilə qədər və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə olacaq. Üstəlik, bu kimi hallarda təqsirləndirilən şəxsin qarşı tərəfin ailəsi ilə barışması belə onun məsuliyyətinə təsir eləmir"./Oxu
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1910 Tarix: 03 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr