Azərbaycanda qar yağır - FAKTİKİ HAVA
Bir sıra rayonlara qar yağır.
Bu barədə Sonxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Altıağacda 11 sm, Daşkəsəndə 9 sm, Şəkidə 8 sm, Göygöldə 5 sm, Qax, Lerikdə 4 sm, Qubada 3 sm, Qusar, Qrız, Şamaxı, İsmayıllı, Şahdağ, Xaltanda 2 sm, Yardımlı, Qobustanda 1 sm olub.
Düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Quba, Qəbələdə 6 mm, Şabran, Astara, Tovuz, Şəkidə 5 mm, Yardımlı, Göygöl, Göyçay, Balakən, Daşkəsən, İsmayıllı, Altıağac, Şəmkir, Ağstafa, Qusar, Gədəbəy, Sədərək, Oğuz, Qrız, Kürdəmir, Lerik, Bərdə, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabul, Şərur, Naftalan, Qobustan, Gəncə, Xaltanda 4 mm-dək olub.
Havanın temperaturu dekabrın 4-də Bakıda iqlim normasından 3 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, dağlıq rayonlarda 3-8, yüksək dağlıq ərazilərdə 11-17 dərəcə şaxta, aran rayonlarında 5 dərəcəyədək isti olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2385 Tarix: 05 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr