Aftandil İsrafilov ÖLÜM AYAĞINDA: Xanımı danışdı...
Dekabrın 2-i axşam saatlarında təcili xəstəxanaya yerləşdirilən Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti hələ də ağırdır.
Sonxeber.az xəbər verir ki, bu barədə Lent.az-a ifaçının xanımı Zemfira İsrafilova məlumat verib. O, Aftandil İsrafilovun səhhətinin mənfiyə doğru getdiyini deyərək ağlamağa başlayıb:
"Vəziyyəti dəyişmir. Təzyiqi həddən artıq çoxdur. Ayaqlarına və ciyərlərinə su yığılıb. Böyrəkləri, demək olar işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır, yanına heç kimi buraxmırlar. Həkimlər də deyirlər ki, əlimizdən nə gəlir, edirik. İnşallah, hər şey yaxşı olacaq. Sadəcə dua etmək etmək qalır bizə".
Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəli xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2297 Tarix: 05 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr