Bakıda iki yeni metrostansiyanın tikiləcəyi dəqiq ƏRAZİLƏR AÇIQLANDI
Bakıda yeni 9 metrostansiya tikiləcək. Bu stansiyaların ünvanları artıq məlumdur. Onlardan 3-ü "Koroğlu" və "Dərnəgül" stansiyalarının arasında yerləşəcək.
BAKU.WS-in məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, xətlərin ayrılması layihəsi bir tərəfdən "Dərnəgül" stansiyasından sonra "Koroğlu" stansiyasına qədər 3 stansiyanın inşasıdır.
"Bu istiqamətdə Ziya Bünyadov prospekti şəhərin ən çox tıxac olan küçələrindən biridir. Həmin prospekt boyunca təxminən Böyükşor gölü üzərində inşa olunmuş yol infrastrukturuna yaxın olan bir sahədə, digəri isə "Taxta bazarı" adlanan ərazidə yerləşəcək. Bir sözlə, Ziya Bünyadov prospektinin iki həlledici nöqtəsində inşa olunacaq.
Xətlər ayrıldıqdan sonra hər iki xəttə müstəqil qatarların hərəkəti təşkil olunacağından intervalın ən qısa müddətə salınması üçün "İçərişəhər" stansiyasından sonra bir və iki stansiya inşa olunacaq. Qatarlar stansiyanın arxasından bir yoldan digərinə keçərək rahat hərəkətini davam etdirəcək və minimal intervallar tətbiq etmək mümkün olacaq", - deyə Bəxtiyar Məmmədov əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1933 Tarix: 05 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr