"Qardaş Türkiyə ordumuzun peşəkarlığının artırılmasında öz dəstəyini əsirgəmir" - DEPUTAT
"Azərbaycan dost və tərəfdaş ölkə olan Türkiyə ilə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Buna Azərbaycan və Türkiyənin "Mustafa Kamal Atatürk-2021", "Anadolu Qartalı-2021", "Sarsılmaz Qardaşlıq-2021", "TurAz Qartalı - 2022" hərbi təlimləri buna sübutdur. Dövlətimizin ən çox birgə hərbi təlim keçirdiyi ölkə də məhz Türkiyədir".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri regionun müasir texniki təminatlı silahlı qüvvələrinin gücünü və səviyyəsini nümayiş etdirir: "Mən deyərdim ki, birgə keçirilən bu hərbi təlimlər mühüm təşəbbüsdür və regional təhlükəsizliyin təmin olunması üçün də əhəmiyyət daşıyır.
Digər tərəfdən də Azərbaycan ilə Türkiyə bununla əsl müttəfiqlik nümunəsini ortaya qoyurlar. Strateji tərəfdaşlıq haqqında imzalanan bəyənnamənin ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq məsələsi iki qardaş ölkənin Silahlı Qüvvələrinin bütün situasiyalarda birgə fəaliyyəti üçün yeni perspektivlər vəd edir. Mən deyərdim ki, starteji tərəfdaşlıq yeni dönəmdə Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas komponentləri sırasındadırⅦ.
Deputat vurğulayıb ki, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində, ordumuzun peşəkarlığının artırılmasında öz dəstəyini əsirgəmir:
"Artıq Azərbaycan Ordusu NATO standartlarına uyğun bir orduya çevrilib. Bunun ən bariz sübutu isə İkinci Qarabağ müharibəsi oldu. Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi peşəkarlıq hələ də müzakirə mövzusudur".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO