"Dünyada və regionda baş verən proseslər Azərbaycan SQ-inin daha da gücləndirilməsini şərtləndirir" - Deputat
Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Bakı şəhərinin, Astara, İmişli, Cəbrayıl rayonlarının ərazilərini əhatə edən hərbi təlimlər, Azərbaycan və Türkiyə Respublikaları arasında "Hərbi sahədə əməkdaşlıq haqqında" müqaviləyə əsasən keçirilir:
"Təlimlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, xüsusi təyinatlı mühəndis-istehkam texnikası iştirak edir. Türkiyə hərbçiləri ilə birlikdə Quru qoşunlarımızın, Xüsusi Təyinatlı Qüvvələr, Hərbi Hava Qüvvələrinin, Mühəndis-istehkam qüvvələrinin qarşılıqlı fəaliyyətinin təmin olunması, hər iki ordunun döyüş qabiliyyətinin artmasına xidmət edir. Belə bir deyim var: "Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan.
Dünyada və regionda baş verən proseslər Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsini şərtləndirir. Ermənistan sülh müqaviləsini bağlamağa tələsmir və müharibə təhlükəsi sovuşmayıb. Ona görə də, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ordumuzun yeni, müasir silahlarla təchizatına, döyüş qabiliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir və bu zamanın tələbidir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO