Asəf Zeynallının baxımsız məzarı: İki qurumun boyun qaçırdığı məsələyə kim əncam çəkəcək?
Bir neçə gün əvvəl Yasamal qəbiristanlığında nakam bəstəkar Asəf Zeynallının qəbirüstü abidəsinin bərbad halı barədə və buradakı qüsurlar haqqında videomaterial hazırlanmışdı.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən qəti şəkildə bildirilib ki, qəbirüstü abidənin ucaldılması qurumun səlahiyyətləri xaricindədir.
Bakı Şəhər İcra Hakimiyyətinin də mətbuat xidmətindən bildirilib ki, qəbiristanlıqlar onların balansında deyil.
Yasamal Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri Rizvan Mahmudov Bizim.Media-ya açıqlamasında deyib ki, qəbiristanlıqda bütün məzarlar kimi Asəf Zeynallının da qəbri nəzarətdədir:
"Qəbiristanlıqda təmizlik işləri görülür, səliqə-sahman yaradılır. Asəf Zeynallının qəbirüstü abidəsinin üzlük daşı çat verib. Bunun da həllinə çalışacağıq".
Abidənin üzərində bəstəkarın adının səhv yazılması və bunun düzəldilməsi ilə bağlı suala gəlincə, bələdiyyə nümayəndəsi bildirib ki, abidənin bərpası və müəyyən dəyişikliklər üçün yuxarı instansiyalar tərəfindən məsləhət görülərsə, nəsə etmək olar:
"Bildiyiniz kimi bələdiyyə büdcəsini özü formalaşdırır. İndiki halda hansısa xərclərimizdən azaldaraq abidənin bərpası üçün əlimizdən gələni edəcəyik".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1242 Tarix: 05 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr