Azərbaycanlı iş adamının oğlu faciəli şəkildə öldü: Qara baxmaq istəyirmiş
Ötən gecə Kürdəmirdə 2 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, rayonun Yenikənd kənd sakini, 1993-cü il təvəllüdlü Abdulla Təvəkkül oğlu Qubadovun idarə etdiyi "KİA" markalı avtomobil Kürdəmir-Ağsu yolunun Qarasaqqal kəndindən keçən hissəsində aşıb. Nəticədə sürücü və sərnişini 1988-ci il təvəllüdlü Ramai Durhəsən oğlu Daşdıyev aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb. "KİA"da olan daha 2 sərnişin: 1992-ci il təvəllüdlü Elmir Fərhad oğlu Nəbiyev və onun həmyaşıdı Mayıl Habil oğlu Manafov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin araşdırmalar zamanı məlum olub ki, qəzaya düşən 4 nəfər dost olublar. Avtomobili idarə edən A.Qubadov Moskvada yaşayan iş adamı Təvəkkül Qubadovun oğludur. O, dostları ilə birgə Şamaxıya gəzintiyə getmək üçün yola çıxıb. Belə ki, dağlıq rayonlara qar yağdığını öyrənən dostlar birgə yola çıxaraq həmin rayonlarda istirahət etmək və fotolar çəkdirmək qərarına gəliblər. Lakin avtomobillə yaşadıqları ərazini tərk edərkən avtomobil qəzaya uğrayıb.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4110 Tarix: 06 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr