Bakı metrosunda əməliyyat, saxlanılanlar var

Bakı metrosunda əməliyyat, saxlanılanlar varBu günlərdə Bakı Metropolitenində Poliş Şöbəsinin əməkdaşlarının çevik əməliyyat tədbirləri nəticəsində müvafiq rəsmi müraciət və icazə olmadan, metropoliten stansiyalarından birinin eskalator sürahisində kimyəvi təmizləyici maddədən istifadə etməklə bu prosesi videogörüntüyə almağa cəhd göstərmiş şəxslər saxlanılıb.

Bu barədə BAKU.WS-ə metropolitenin mətbuat xidmətindən bildirilib.

Həmin şəxslər atdıqları addımların verə biləcəyi fəsadlarla bağlı müvafiq izahat işi aparılmaqla inzibati məsuliyyətə cəlb olunublar.

"Bakı Metropoliteni" QSC sərnişinlərin və ictimaiyyətin diqqətinə çatdırır ki, Bakı metropoliteninin fəaliyyəti müvafiq texniki normativ qaydalarla, metropolitendən istifadə qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Məhz bunun sayəsində Bakı metropolitenində sərnişindaşımanın təhlükəsizliyi təmin edilir. Qeyd edilənlər nəzərə alınaraq, metropoliten infrastrukturuna daxil olan avadanlıq, qurğu, maşın və mexanizmlərə kənar şəxslərin müdaxiləsi, həmçinin təhlükəsizliyinə zidd olan və xələl gətirən istənilən davranış qaydaları yolverilməzdir.

Bakı metropolitenindən istifadə qaydalarının 5.12 bəndi ilə binalara, tikililərə və qurğulara, stansiyaların, eskalatorların və vaqonların avadanlıqlarına ziyan vurmaq, bundan savayı, 5.30-cu bəndi ilə Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan metropoliten ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya, reklam və ya digər formada fəaliyyət göstərmək və hər hansı formada təbliğat aparmaq qadağan olunub.

Diqqətə çatdırırıq ki, eskalatorlar ən mürəkkəb texniki qurğulardan sayılmaqla, onların iş rejimi, texniki vəziyyəti, sanitar-gigiyenik normaların tələblərinə uyğun olması, təmizliyi xüsusi diqqət mərkəzində saxlanılır. Eskalatorların təmizlənməsi üçün müvafiq normalar, texniki tələblərə qeyd-şərtsiz əməl olunur. Normativlərdə müəyyən edilmiş vaxtlarda, eləcə də gün ərzində daimi monitorinq və baxış zamanı zərurət olduğu hallarda yalnız icazə verilən vasitələrdən istifadə olunmaqla eskalatorların sürahiləri və digər texniki elementlərinin təmizliyi işləri aparılır. Sərnişin rahatlığına, sağlamlığına və səhhətinə, eləcə də eskalatorların texniki istismarına xələl gətirə, onu sıradan çıxara və aşılanmanı sürətləndirə biləcək vasitələrdən istifadə qadağandır.

Nümunə üçün qeyd edək ki, 2020-ci ilin fevral ayından Bakı metropolitenində, o cümlədən stansiyaların eskalatorlarında istər sərnişindaşıma zamanı cari, istərsə də gecə növbələrində əsaslı olmaqla aparılan dezinfeksiya işlərində istifadə olunan maddələrin seçilməsinə xüsusi yanaşılıb, onların sərnişin orqanizminə, o cümlədən dermatoloji baxımdan hər hansısa təsir edən tərkiblərdən hazırlanmamasına, hətta iysiz və qoxusuz olmasına, eskalatorların fəaliyyəti və texniki vəziyyətinə xələl gətirməməsinə və s. məsələlərə diqqət yetirilib, texniki-normativ tələblərə ən ciddi şəkildə riayət olunub. Hətta bu hallara zəmanət olsa belə, vasitələr və alətlər xüsusi texniki sınaqlardan keçirilməklə istifadə olunub.
Bütün bunlar nəzərə alınaraq, yuxarıda qeyd olunan halda olduğu kimi, qurğu və avadanlıqlara qeyri-qanuni və icazəsiz istənilən müdaxilə sərnişin təhlükəsizliyinə, metropoliten infrastrukturuna xələl gətirən və metropolitendən istifadə qaydalarının digər müvafiq bəndləri ilə ziyan vurma, eləcə də metropolitenin nüfuzuna xələl gətirilməsi cəhdi kimi dəyərləndiriləcək və müvafiq ciddi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq.

Onu da xüsusi olaraq qeyd edirik ki, Bakı metropoliteni sanitar-gigiyenik normaların tələblərinə əməl olunması, təmizliyin təmin edilməsi baxımından daim seçilib. Bu isə ilk növbədə sərnişinlərin davranışı və münasibəti, normativlərə ən ciddi şəkildə riayət edilməklə müntəzəm qulluq-nəzarət və gərgin insan əməyi sayəsində mümkün olur.

"Bakı Metropoliteni" QSC sərnişinlərinə və ictimaiyyətə müraciət edərək, metropolitenin hüdudları daxilində qaydalara riayət olunmasını, avadanlıq və qurğulara özbaşına müdaxilə edilməməsini, istənilən şübhəli, nöqsan və qüsurlu halları müəyyən etdikdə, ilk növbədə, metropoliten əməkdaşlarına müraciət edilməsini və məlumat verilməsini xahiş edir.

Sərnişinlərimiz əmin olsunlar ki, Bakı metropolitenində bütün infrastrukturun texniki imkanlar həddində qaydalara uyğun fəaliyyətinin nizamlanmış şəkildə təmin edilməsini, tənzimlənməsini, nəzarəti, müntəzəm monitorinqləri, yoxlamaları təmin edən mexanizmlər və müvafiq strukturlar var. Dünyada olan yeniliklər, o cümlədən sanitar-gigiyenik normaların tələblərinə uyğun qabaqcıl və innovativ texnoloji vasitələr, günün tələblərindən asılı olmayaraq, müntəzəm diqqət mərkəzində saxlanılır, öyrənilir, tədqiqatlar və monitorinqlər aparılır və bütün bunlar zəruri tələblərə, ehtiyaclara, o cümlədən texnoloji yeniləşmə prinsiplərinə uyğun dəyərləndirilir.

Belə hallarla üzləşən sərnişinlərimizdən metropoliten və ya metro polisi əməkdaşlarına məlumat vermələri xahiş olunur. Çünki metropoliten ümumi sərvətimiz olmaqla yanaşı, bu kimi hallar hər bir metro istifadəçisinin təhlükəziliyi, sağlamlığı və rahatlığı baxımından çox əhəmiyyətlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6682   Tarix: 06 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr