İlham Əliyev Dağıstan Respublikasının rəhbərini qəbul edib - YENİLƏNİB + FOTO

İlham Əliyev Dağıstan Respublikasının rəhbərini qəbul edib - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini deyib. Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğulayıb, eyni zamanda, bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd edib.

Dövlətimizin başçısı əsrlər boyu xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırıb. Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Dövlətimizin başçısı Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu "Şöhrət" ordenini təqdim edib.

Sonra xatirə şəkilləri çəkdirilib.

Daha sonra Azərbaycan Prezidentinə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.

Qeyd edək ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını almışdı. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.

11:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Dağıstan Respublikasının rəhbərini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Dağıstan Respublikasının rəhbərini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Dağıstan Respublikasının rəhbərini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Dağıstan Respublikasının rəhbərini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Dağıstan Respublikasının rəhbərini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Dağıstan Respublikasının rəhbərini qəbul edib - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1237   Tarix: 06 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr