Peruda parlament buraxıldı və fövqəladə vəziyyət elan edildi
Peru Prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxaraq ölkədə fövqəladə vəziyyət elan edib.
O, bunu dövlət başçısı administrasiyasının "Facebook" səhifəsində yayımlanan xalqa müraciəti zamanı bildirib.
"Ölkənin hər yerindən vətəndaşların şikayətləri ilə əlaqədar mühüm qərarlar qəbul edilib. Hüquqi demokratik dövlətin bərpası üçün fövqəladə hökumət yaradılsın və aşağıdakı tədbirlər görülsün: Konqres müvəqqəti olaraq buraxılsın, respublikada fövqəladə hökumət yaradılsın, ən gec 9 ay müddətində yeni konstitusiyanın hazırlanması üçün Konqresə yeni seçkilər keçirilsin. Həmçinin, bu gündən etibarən komendant saatı tətbiq edilir", - deyə dövlət başçısı bəyan edib.
Bundan əlavə, Kastilyo bütün vətəndaşların növbəti 72 saat ərzində qanunsuz silahlarını təhvil verməli olduqlarını açıqlayıb. Siyasətçi ictimaiyyəti "ölkəni heç bir ayrı-seçkilik olmadan inkişaf yoluna yönəltməyə imkan verəcək" bu qərarları dəstəkləməyə çağırıb. O xatırladıb ki, hakimiyyətə gələndən indiki parlament hökumətin irəli sürdüyü sosial-iqtisadi təşəbbüsləri ardıcıl olaraq rədd edərək, Nazirlər Kabinetinin işinə mane olub. Kastillo əlavə edib ki, qərarı barədə Amerika Dövlətləri Təşkilatına məlumat verəcək.
Prezidentin bəyanatından sonra Peru parlamenti təcili toplaşaraq dövlət başçısına impiçment elan edib. Ölkə polisi və ordu da qanunverici orqanın tərəfini tutub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1146 Tarix: 07 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabrAİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib
13 oktyabrNiderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb
Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə
15 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrİran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək
İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl
15 oktyabr"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı
Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl
14 oktyabr