Prezident prokurorluq işçiləri ilə bağlı qanunda dəyişiklik etdi

Prezident prokurorluq işçiləri ilə bağlı qanunda dəyişiklik etdi"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, prokurorluq işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Buna qədər prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurdular. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilirdi.

Bundan başqa, sənədə əsasən, hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.

Dəyişikliyə qədər, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilirdi.

Eyni zamanda, bundan sonra prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əməkhaqqı məbləğində pul təminatı ləğv edilib.

Həmçinin, sənədə əsasən, prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Buna qədər, prokurorluq işçilərinə hər il onların əməkhaqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilirdi.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1520   Tarix: 08 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Silahlı Qüvvələr Günü tam suverenliyin təntənəsi kimi qeyd olunur" - AÇIQLAMA

"26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü müasir Azərbaycan dövlətçiliyinin suverenlik, hərbi qüdrət və milli qürur kontekstində ən rəmzi və strateji əhəmiyyətli tarixlərindən biridir. Siyasi-strateji nöqteyi-nəzərdən bu tarix sadəcə bir təqvim günü deyil, Azərbaycanın müstəqi

24 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Azərbaycan təkcə coğrafi Avropanın yox, həm də demokratik Avropanın bir hissəsi olmaq əzmindədir

XX əsr Avropasının taleyi faciəvi olmuşdur. Qitə iki dünya müharibəsinin meydanına çevrilmiş, kütləvi dağıntılara, on milyonlarla iman tələfatına məruz qalmışdır. İkinci Dünya müharibəsindən sonra Avropa dövlətləri bir daha faciələrə yol verməmək, qitənin etibarı gələcəyini təmin etmək, silahlı qarşıdurmalar

2 iyul
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca

13 iyun