Fransa Ermənistanı da işğal edəcək? - VİDEO
Özünü dünyaya ekler kimi şirin, konsomme şorbası qədər şəffaf sırımağa çalışan Fransa əslində, steyk tartar qədər çiy demokratiya prinsiplərinə sahibdir.
Bunu elə keçmişi də, indisi də müstəmləkə və işğalçılıq siyasəti üzərində qurulan tarixləri ifşa edir. Əgər belə olmasaydı, Yeni Kaledoniya, Korsika, Mayotta və işğal etdikləri digər ərazilərin müstəqilliklərini çoxdan tanıyardılar.
Məsələn, kaledoniyalılar saxtalaşdırılan referendumlarla öz müqəddaratlarını təyin etməkdən məhrumdurlar, eləcə də korsikalılar Makronun yalan vədləri ilə aldadılırlar. Özlərinə umac ova bilməmələri azmış kimi, başqasına əriştə kəsməyə çalışırlar.
Utanmaz-utanmaz Qarabağdakı separatçıların lideri Arayik Arutunyanı dövlət kanalına dəvət edib, prezident donu geyindirirlər.
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, analoji olaraq qondarma qurumun siması prezident kimi təqdim edilir. Bu, əslində, Fransanın anti-Azərbaycan siyasətinin nümayişidir.
Az qala beşikdəki uşağa da aydındır ki, bu iki bacı bir-biriləri üçün təmənnasız addım atmazlar. Elə indi də hər ikisinin öz məqsədi var.
Millət vəkili Cavanşir Feyziyev isə qeyd edib ki, qondarma qurumun qondarma təmsilçisinə efir vaxtı verilməsi Fransa hakimiyyətinin Ermənistana jestidir. Lakin Fransa hakimiyyəti və telekanalları həmin jesti heç vaxt müstəmləkələrinə qarşı etməyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Məktəb mühafizəsində qapıçı modeli ləğv olunmalı, peşəkar təhlükəsizlik sistemi qurulmalıdır" - Təhsil eksperti
Qar, yağış, dolu və güclü KÜLƏK - Həftənin ilk iş gününün HAVASI
Toya gedən ailə QƏZAYA DÜŞDÜ - Ana öldü, uşaqlar yaralıdır
Tramp İrana ultimatum verdi: "Bəsdir"
Müğənni Pünhan nişanlandı - FOTO
Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
Azərbaycanın ən çox əhalisi olan 10 rayonu - SİYAHI
"İdrak"da güllələnən müəllimə şagirdi bağışladı
Bəyin dostlarının zarafatı müzakirə yaratdı - Toyda "YAS QURDULAR" - VİDEO
Bahalı cihazlara pul verməzdən əvvəl modemin üzərinə açar qoyun
Qurban Qurbanovun "qara siyahısı" - Onları "Qarabağ"dan göndərir
Prezidenti təyyarədə ekonom sinifdə görənlər şok oldu - VİDEO
Füzulidəki qəzada ölən hərbçilərin - Fotosu
70 kq qızılla saxlanılan polkovnik-leytenantın - 7 il həbsi tələb edildi
Aralarında 49 yaş fərq var! Belarus lideri gənc gözəllik kraliçası ilə eşq yaşayır