İngilis qəzeti Pakistanın baş naziri Şahbaz Şərifdən üzr istəyib
Britaniyanın "Daily Mail" qəzeti 2019-cu ildə Pakistanın baş naziri Şahbaz Şərifin Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentindən (DFID) Pakistanda zəlzələdən zərərçəkənlər üçün ayrılan vəsaiti mənimsəməsi ilə bağlı iddialarına görə üzr istəyib.
Sonxeber.az xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzetinin verdiyi açıqlamada 2019-cu ildə Pakistan Milli Hesabatlılıq Bürosunun (NAB) baş nazir Şahbaz Şərifə qarşı apardığı araşdırma ilə bağlı xəbərin dərc edildiyi qeyd edilib.
Açıqlamada, araşdırmada qeyd olunan pulların arasında DFID-nin Pəncab əyalətinə bağışladığı pulların bir hissəsinin də olduğu bildirilib.
"Biz etiraf edirik ki, Şərif NAB tərəfindən Britaniya dövlət pulu və ya DFID qrant yardımı ilə bağlı hər hansı qanun pozuntusuna görə ittiham olunmayıb. Biz bunu aydınlaşdırmaqdan məmnunuq və bu səhvə görə cənab Şərifdən üzr istəyirik ,- deyə qəzet qeyd edib.
Qəzet həmçinin qeyd edib ki, sözügedən iddiaları ehtiva edən xəbərlər bütün platformalardan silinib.
Daily Mail qəzeti 2019-cu ildə dərc etdiyi xəbərdə Pakistanın baş naziri Şərif və ailəsinin zəlzələ qurbanları üçün pul oğurladığını iddia edib.
Baş nazir Şərif 2020-ci ildə onun haqqında saxta və böhtan xarakterli xəbərlər dərc etdiyinə görə Daily Mail qəzetinə və onun müxbiri Devid Roza qarşı Böyük Britaniyanın Ali Məhkəməsində iddia qaldırıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 704 Tarix: 09 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"
İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək
14 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrİstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın
15 oktyabrAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabrABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabr