"Müsbət nəticə əldə olunana qədər Xankəndində aksiyalar davam etdirilməlidir" - DEPUTAT
"Azərbaycanlı ekoloqların, vətəndaş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin, tələbələrin Xankəndi ətrafında keçirdikləri aksiya, dinc xarakter daşıyır və Qarabağda yerləşən qızıl, mis, molibden yataqlarında monitorinq keçirilməsinə maneçilik törədən Rusiya sülhməramlılarının qanunsuz fəaliyyətinin qarşısının alınmasına yönəlib".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, 30 ildən artıqdır ki, həmin yataqlar erməni vandalları tərəfindən vəhşicəsinə istismar olunur və Azərbaycanın ekologiyasına bərpası mümkün olmayan zərər vurulur. Təbii sərvətlərin pirat üsulu ilə daşınması ilə yanaşı, istehsalatda istifadə olunan kimyəvi məhsullar, konkret olaraq civə ekoloji balansı pozur:
"Bütün bu cinayətlərə göz yummaq olmaz və qətiyyətlə qarşısı alınnmalıdır. Azərbaycan dövləti hər zaman olduğu kimi, problemlərin sülh, sivil yolla həlinə səy göstərdi. Ekologiya və təbii sərvətlər və iqtisadiyyat nazirliklərinin nümayəndələrinin, sülhməramlıların rəhbərliyi ilə görüşündə monitorinq keçirilməsi ilə bağlı razılıq əldə olundu. Lakin, general Volkov, vədinə əməl etmədi və Ruben Vardanyan başda olmaqla, erməni separatçılarını prosesə cəlb etdi. Süni şəkildə təşkil olunmuş erməni etirazları Azərbaycan ictimaiyyətində ciddi narazılıqlara səbəb oldu. Kəskin soyuq havaya və digər çətinliklərə baxmayaraq, əli silahlı sülhməramlıların qarşısından bir addımda olsa geri çəkilməyən soydaşlarımız əsil milli birlik, vətənpərvərlik nümayiş etdirirlər. General Volkovun əraziyə gəlməsini, konkret qoyulmuş suallara cavab istəyirlər. Təbii ki, Volkov və digərləri çox gözəl başa düşürlər ki, istər beynəlxalq hüquq, istər ədalət baxımından ermənilərin törətdikləri cinayətdir. Cinayətə haqq qazandırmaq mümkün deyil. Ona görə də gizlənir.
Yeri gəlmişkən, bir tarixi həqiqəti də diqqətinizə çatdırım ki, rusiyalı generallar bütün zamanlarda müharibələrdən varlanmaq üçün istifadə etmişlər. Ermənilər isə, hərbiçiləri, siyasətçiləri, parlament üzvlərini satın almaqda xüsusi istedadları ilə seçilirlər. Bəzi məlumatlara görə, rusiyadan Qarabağa göndərilmiş, desant, Vardanyanın da Volkovla iş birliyinin olması barədə xəbərlər gəzir. Hesab edirəm ki, müsbət nəticə əldə olunana qədər aksiyalar davam etdirilməli və iştirakçıların tərkibi daha da genişləndiriməlidir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO