"Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində xəstələrin həyatı təhlükə altındadır" - Erməni deputat
"Azərbaycanın Laçın dəhlizini blokadaya alması nəticəsində "Stepanakert Tibb Mərkəzi"nin bir sıra xəstələrinin həyatı təhlükə altındadır".
Sonxeber.az Armenpress-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib.
"Artsaxın(Qarabağ) Azərbaycan tərəfindən blokadaya alınması nəticəsində "Stepanakert Tibb Mərkəzi"nin bir sıra xəstələrinin həyatı təhlükə altındadır. Onların İrəvanda təcili tibbi yardıma ehtiyacı var", - deyə Taquhi Tovmasyan sosial şəbəkədə bildirib.
"Beynəlxalq ictimaiyyət qəbuledilməz laqeydlik nümayiş etdirərkən Azərbaycan Artsaxın blokadaya almaqla cinayətkar siyasətini həyata keçirməkdə davam edir.
Beynəlxalq qurumların təcili addımlarına böyük ehtiyac var. Susmayın, cəza tədbirləri görün.
Artsax xalqının yaşamaq hüququ ciddi təhlükə altındadır. Artsax xalqının öz vətənində təhlükəsiz və azad yaşamaq hüququ var",- deyə o əlavə edib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası ikinci gündür davam edir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb