"Ekoloji problemlərin həllinə yönələn bütün addımlar dəstəyə layiqdir" - DEPUTAT
"Ermənistan hər zaman Azərbaycana qarşı ekoloji terror törədib. Nəinki biz, hətta meşələlərimizi yandırarkən digər qonşu ölkələr də bundan ziyan çəkib. Ermənistanın qanunsuz olaraq milli sərvətlərimizdən istifadə etməsi, sülhməramlıların isə buna göz yumasının nəticəsidir ki, iki gündür Şuşa -Xankəndi yolunda ekoloji terrora qarşı etiraz aksiyası həyata keçirilir. Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında bu tip nümayişlərin Azərbaycan vətəndaşları tərəfindən təşkil edilməsi təbii haldır. Necə ki Bakıda vətəndaşlarımızın sərbəst toplaşmaq hüququ var, eləcə də Azərbaycan ərazisi olan Qarabağımızda da bu hüququ konstitusiya ilə müəyyənləşib, dövlət tərəfindən də anlaşılandır. Sülhməramlılar iki il olacaq ki, hələ də məramlarını anlamayıblar. Dəfələrlə bu barədə Rusiyaya xəbərdarlıqlar edilib, hətta nota verilib, hər dəfə anlaşılmazlıq olunduğu bildirilib, yenidən öz bildikləri istiqamətdə də davam ediblər. Mən düşünürəm ki, bu gün Azərbaycan xalqı növbəti dəfə öz qəhrəmanlığını göstərir, əlisilahlı sülhməramlılarla qarşı-qarşıya vətən sevgisi ilə silahlanıb dururlar. Bu həqiqətən hər xalqın cəsarəti deyil".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, sosial platformalardan da gördüyüm qədər deyə bilərəm ki, xalq arasında aktivistlərə böyük dəstək var.
"Siyasi partiyalar, ictimai fəallar və bütün sıravi vətəndaşlar nümayişə qoşulmaq üçün hazırdır. Hətta Şuşada tikinti işləriylə məşğul olan işçilərin, xüsusilə türk vətəndaşının da iştirakı bir daha göstərir ki, türk üçün vətən hər şeydən öndədir. Bu mənzərə ilk deyil, 44 günlük müharibə, iyul döyüşləri, aprel döyüşlərində də bütün dünya Azərbaycan xalqının vətəninə olan sevgisini gördü.
Sonda onu da qeyd edim ki, məncə ekoloji problemlərin həllinə yönələn bütün addımlar dəstəyə layiqdir".
AYSEL YUSİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO