Zelenski Rusiyanı Milad bayramında qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı qarşıdan gələn Milad bayramı ilə əlaqədar qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb.
Sonxeber.az xəbər verir ki, Zelenski Almaniyanın dönəmli sədri olduğu G7 ölkələrinin liderlərinin iştirakı ilə keçirilən onlayn iclasda iştirak edib.
Zelenski, Milad bayramının yaxın günlərdə bütün dünyada qeyd ediləcəyini xatırladıb.
"Bu Milad bayramı normal insanların müharibə haqqında deyil, sülh haqqında düşündüyü vaxtdır. Mən təklif edirəm ki, Rusiya ən azı təcavüzdən əl çəkə biləcəyini sübut etməyə çalışsın. Rusiya qoşunlarının beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisindən çıxarılmasına başlamaq düzgün olardı. Bu Milad bayramında Rusiya öz qoşunlarını Ukraynadan çıxarsa, münaqişələrin etibarlı şəkildə dayandırılması təmin olunacaq" ,- deyə Ukrayna prezidenti deyib.
O həmçinin müharibə davam etdiyi üçün Ukraynanın güclü həmrəyliyə ehtiyacı olduğunu deyib:
"Hamınızdan gələn il həmrəyliyi davam etdirməyi xahiş edirəm. Rusiya təcavüzünü davam etdirir və bu səbəbdən Ukraynaya dəstək davam etdirilməlidir" .
Rusiyanın Ukrayna ilə müqayisədə daha çox raket və artilleriya sistemlərinə sahib olduğuna deyən Zelenski ölkəsinə silah yardımının artırılması lazım olduğunu bildirib:
"Ukraynanın müasir tanklara ehtiyacı var və mən sizdən bu müdafiə imkanını təmin etməyinizi xahiş edirəm. Ukraynanın daimi artilleriya sistemlərinə, silahlara və mərmi dəstəyinə ehtiyacı var".
Zelenski qısa müddət əvvəl İndoneziyada keçirilən G20 Sammitində sülh üçün 10 bənddən ibarət "Ukrayna Formulasını" təklif etdiyini xatırladıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1779 Tarix: 13 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb
İraqın Kərkük vilayətində İŞİD terror qruplaşmasına məxsus qurğunun partlaması nəticəsində 2 hərbi qulluqçu, o cümlədən bir briqada generalı ölüb. "Report" xəbər verir ki, bu barədə İraq İnformasiya Agentliyi (INA) ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Qurumun rəsmi nümayəndəs
14 oktyabrRoma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat
14 oktyabrBritaniya Ukraynaya raket tədarükünü sürətləndirir
Böyük Britaniya reaktiv mühərrikli PUA-ları ələ keçirmək üçün nəzərdə tutulan 45 milyon funt sterlinq (59,7 milyon dollar) dəyərində yüngül çoxməqsədli raketlərin Ukraynaya tədarükünü sürətləndirəcək. xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb. Qeyd edək ki, Böyük Britaniya dünə
14 oktyabrErmənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək
Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. "Report" yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsind
15 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrAİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib
13 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabr