Qətlə yetirilən Mahir Allahverdiyev vəzifəli şəxs imiş - FOTO
Dekabrın 11-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində qətlə yetirilən 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı Kənd İnzibati Nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, M.Allahverdiyev daha əvvəl uzun müddət "Azərişıq" ASC-də işləyib. Hadisəni törədən 2003-cü il təvəllüdlü Murad Kazımov isə ali məktəblərdən birinin 3-cü kurs tələbəsi olub. Murad dərsdən sonra ailəsinə dəstək məqsədilə həm də işləyirmiş.
Bildirilir ki, qətl hadisəsi Mahir Allahverdiyevin yaşadığı binanın qarşısında baş verib. Axşam saat 21 radələrində Murad ona zəng edərək küçəyə çıxmasını istəyib. O, özündən 28 yaş böyük şəxsə 17 bıçaq zərbəsi endirib. M.Allahverdiyev hadisə yerində vəfat edib.
Bildirilir ki, mərhum M.Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ müharibəsi iştirakçısı və qazi imiş. Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.
Qeyd edək ki, qətlə yetirilən Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir. Vüsal cəbhəyə aparılarkən çağırış məntəqəsinin qarşısında avtobusda çəkilmiş görüntüləri ilə tez-tez xatırlanır.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2861 Tarix: 14 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr