Netwoking Azerbaijan-ın növbəti tədbiri baş tutub
Dekabrın 8-də "Netwoking Azerbaijan" biznes klubunun və "Dataline"-ın birgə təşkil etdiyi tədbir baş tutub . Ənənələrinə sadiq qalaraq, "Netwoking Azerbaijan" hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail oldu. Tədbir şəhərin mərkəzində yerləşən "Shah Palace Hotel"də keçirilib. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.
Sahibkarlar, bir ay fasilədən sonra bir yerə toplaşıb və işgüzar aləmdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olmuşlar. 100 nəfərin iştirak etdiyi gecədə biznes klubunun həm təsisçisi və "Baku Translation" şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayıb və tədbir boyu aktiv olmağa çağırmışdır. Gecənin fəxri qonağı və spikeri "Dataline" şirkətinin direktoru Hakan Acar, şirkətin fəaliyyətindən və uğurlarından danışıb.
İştirakçılar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana bilmişlər. Qonaqlar arasında müxtəlif yarışmalar keçirilib, sonda isə ən fəal qonaqlara "Dataline" şirkəti tərəfindən
hədiyyələr təqdim edilib.
"Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.











Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO