Media nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEO

Media nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEO"Azərlotereya" ASC ani lotereyaların çap olunduğu "Scientific Games" şirkətinin İngiltərənin Lids
şəhərindəki fabrikinə media nümayəndələrinin səfərini təşkil edib.

Nümayəndə heyəti "Scientific Games"in Lidsdəki fabrikində "Poz-Qazan" biletlərinin
hazırlanması və çap prosesi ilə tanış olub. Burada lotereya biletləri müasir texnoloji
avadanlıqlarla Dünya Lotereyalar Assosiasiyasının standartlarına uyğun şəkildə və insan
müdaxiləsi olmadan hazırlanır. Səfərdə iştirak edən jurnalistlər onları maraqlandıran suallara
cavab tapıblar.

"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu "Scientific Games"in lotereya
sənayesi sahəsində öncül şirkətlərdən olduğunu vurğulayıb: "Azərlotereya" olaraq fəaliyyətimizi
operativlik, şəffaflıq, təhlükəsizlik, güvən və "Məsuliyyətli Oyun" prinsipləri ilə reallaşdırırıq. Bu
məqsədlə dünyanın öndə gələn şirkətlərindən – sahəsində lider olan "Scientific Games"lə
əməkdaşlıq edirik.

"Azərlotereya" ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən "Scientific Games"in
beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Kevin Anderson məmnunluğunu gizlətməyib:
"Azərlotereya" ilə sıx əməkdaşlıq edirik - "Poz-Qazan" ani lotereyaları, bizim texniki dəstəyimizlə
təşkil olunan tirajlı lotereyalar, virtual mühitdə oynanılan ani lotereyalar və idman mərc
oyunları. Biz bu əməkdaşlıqdan məmnunuq. Şirkətlərimiz arasında əməkdaşlıq səviyyəsi
möhtəşəmdir".

Fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanan "Azərlotereya" ASC qlobal lotereya sənayesində
önəmli yer tutan "Scientific Games"lə əməkdaşlıq edir. Lotereyaların təşkilində yüksək
texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1973-ci ildən dünyada ilk
təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Şirkət 50-dən çox ölkə üzrə 130-dan çox
lotereya təşkilatçısı ilə əməkdaşlıq edir. "Azərlotereya" ASC-nin bütün ani lotereya biletləri
şirkətin Böyük Britaniyada yerləşən fabrikində dizayn və çap edilir.

Qeyd edək ki, "Azərlotereya" ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya
Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasının (EL) üzvüdür.

Media nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEOMedia nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEOMedia nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEOMedia nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEOMedia nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEOMedia nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEOMedia nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEOMedia nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 908   Tarix: 14 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr