Bakıda 3 uşaq anası olan sevgilisini bıçaqlayan 15 yaşlı oğlana hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Cəbiyev 3 il azadlıqdan məhrum edilib. Qərara əsasən, İ.Cəbiyev barəsində 70-ci maddə tətbiq edilərək ona iki il müddətinə şərti cəza təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyulun 5-də baş verib.
İttihama görə, 2007-ci il təvəllüdlü İ. Cəbiyev 2020-ci ildə onunla eyni məhəllədə yaşayan Dilbər İbrahimzadə ilə tanış olub. 13 yaşlı oğlanla D. İbrahimzadə arasında intim münasibət yaranıb. Bu ilin iyun ayından başlayaraq Dilbər ona qarşı soyuq davranmağa başladığından 15 yaşlı oğlan Dilbərin ona xəyanət etdiyi qənaətinə gəlib. Bu məqsədlə o Dilbəri evinin yanındakı paltar mağazasında görüb onunla mübahisə edib. Mübahisə zamanı o Dilbəri bıçaqlayıb.
Dilbər İbrahimova ailəli olub və 3 azyaşlı uşağı var. 15 yaşlı oğlanla sevgili olduğu üzə çıxandan sonra o həyat yoldaşından ayrılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1456 Tarix: 14 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr