"Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası ancaq müsbət nəticə olarsa sonlandırıla bilər"- DEPUTAT
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dörd gündür ki, davam edir. Dünən aksiyada maraqlı anlar yaşanıb. Belə ki, 44 ədəd sülh göyərçini göyə buraxılıb. Bu gün hər kəsi maraqlandıran sual Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın nə zaman bitəcəyidir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, göyərçin, bütün dünyada sülh rəmzi olaraq qəbul edilir:
"Xankəndi yolunda keçirilən aksiyada iştirak edən vətəndaşlarımız tərəfindən 44 ədəd göyərçinin havaya buraxılması, ermənilərə və Rusiyalı sülhməramlılara verilmiş sülhpərvər mesaj kimi qəbul edilməlidir. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan xalqı problemlərin sivil yolla həllində maraqlıdır. Eyni zamanda, öz hüquqlarını müdafiə edəcək, təbii sərvətlərinin talanmasına imkan verməyəcəkdir.
Aksiya, ancaq və ancaq müsbət nəticə olduğu halda sonlana bilər. Çətin də olsa, aksiyalar davam etdirilməlidir. Başqa yol yoxdur. Ekoloqlarımız, digər dövlət orqanlarımız öz təsərrüfatlarında monitorinq keçirməli, güc strukturlarımız Laçın dəhlizini nəzarətə götürməlidirlər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1020 Tarix: 15 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr