"Daha 3 il sülhməramlıların getməsini gözləyə bilmərik" - Bəhruz Məhərrəmov
"Hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınan ayrılmaz tərkib hissəsidir. Bu baxımdan bir an öncə həmin ərazilərdə Azərbaycanın yurisdiksiyası, dövlət hakimiyyət orqanlarının fəaliyyəti 29 il sonra nəhayət ki, bərpa olunmalıdır".
Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib.
O həmçinin qeyd edib ki, artıq bölgədəki erməni vətəndaşlarımızla ilkin təmaslarımız var, hazırda isə bu təmaslar daha da artmalı, xüsusən vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti güclənməlidir:
"Hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınan ayrılmaz tərkib hissəsidir. Bu baxımdan bir an öncə həmin ərazilərdə Azərbaycanın yurisdiksiyası, dövlət hakimiyyət orqanlarının fəaliyyəti 29 il sonra nəhayət ki, bərpa olunmalıdır.
Bunun üçün ilk növbədə ən qısa zamanda Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə gələn yol Laçın dəhlizinə sülhməramlılarla birgə nəzarəti həyata keçirməli, habelə Ermənistanla şərti sərhəddə sərhəd və gömrük keçid məntəqələrinin tam fəaliyyəti təmin edilməlidir. Digər tərəfdən, separatçı rejimin əsirinə çevrilmiş Qarabağ iqtisadi rayonunun erməni sakinləri ilə təmaslar qurulması vacibdir. Bildiyiniz kimi, artıq bölgədəki erməni vətəndaşlarımızla ilkin təmaslarımız var, hazırda isə bu təmaslar daha da artmalı, xüsusən vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti güclənməlidir. Sülhməramlıların da qarşısında əsas vəzifələrdən biri ən qısa müddətdə bu prosesin təhlükəsiz, sülhün qorunması şərti ilə realizəsidir. Amma təəssüf ki, biz sülhməramlıların nəinki bu prosesə dəstək vermədiyini, əksinə prosesi ləngitdiyi, təmaslara mane olduğunu görürük. Amma 10 noyabr bəyanatına əsasən, Rusiya sülhməramlılarının bölgədə qalma müddəti zatən bəllidir. Lakin təbii ki, biz həmin ərazilərimizdə Bakının iradəsinin təmini üçün daha 3 il, yəni sülhməramlıların getməsini gözləyə bilmərik. Biz sülhməramlılarla, yaxud sülhməramlısız Xankəndi və bütün ətraf ərazilərdə tezliklə nəzarəti tam bərpa edərək dövlət hakimiyyət orqanlarının tam fəaliyyətinə nail olacağıq".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb