Milli Məclisdə Xankəndi yolundakı etiraz aksiyasından DANIŞILDI
"Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar aksiya keçirirlər, Azərbaycan xalqı sərvətlərin talanmasına qarşı etiraz edir. Onların tələbləri haqlıdır".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, Azərbaycan gənclərinə baxanda fəxarət hissi keçirir.
"Belə gəncləri, güclü Ali Baş Komandanı olan dövlət daha böyük qələbələrə layiqdir", - deyə o əlavə edib.
Xatırladaq ki, Şuşa-Xankəndi yolundakı aksiyalar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə yönəlib.
Azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbini səsləndirirlər.
Bundan əvvəl isə, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
"BakıKart"ın qiyməti ARTDI
Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Bakıda musiqiçini maşın vurub öldürdü
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
Bal ayından qayıdan gənc, qəzaya yardım etmək istəyərkən faciəvi şəkildə öldü