Samir Şərifov: "Azərbaycan Səudiyyə Ərəbistanın Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndirir"
Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini yüksək qiymətləndirir.
Bu barədə Azərbaycanın maliyyə naziri, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanının hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Zəngilan Hava Limanında Səudiyyə Ərəbistan Krallığının nümayəndə heyətinin Zəngilana təşkil edilmiş səfəri çərçivəsində təşkil edilmiş tədbirdə deyib.
O xatırladıb ki, Ermənistan respublikamıza qarşı təcavüz edib, yüz minlərlə mülki azərbaycanlının doğma yurd-yuvasından və torpaqlarından zorla köçürülməsinə, dağıdılmasına səbəb olub, ölkəmizin şəhər və kəndlərini xarabalığa çevirib, məscidlərimizə və digər müqəddəs yerlərimizə qarşı vandalizm törədib.
"Dəymiş maddi ziyanın həcmi hələ tam hesablanmayıb. Lakin siz Zəngilanda olarkən nəzər salsanız, dağıntıların miqyasını görə biləcəksiniz. Qarabağ və Şərqi Zəngəzur rayonları 28 ildən artıq qonşu Ermənistanın işğalı altında idi. Azərbaycan uzun illər ərzində beynəlxalq vasitəçilərin köməyi ilə danışıqlar yolu ilə Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar məhəl qoymaması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoymaq üçün beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini faktiki olaraq dayandırdı.
2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı darmadağın edərək, onu təslim aktı imzalamağa məcbur etdi. Şanlı qələbə canlarını fəda etmiş şəhidlərin qəhrəmanlığı və şücaəti sayəsində əldə edilmişdir. Azərbaycan öz qanuni hüquqlarını reallaşdırdı, tarixi torpaqlarının işğalına son qoyub, ərazi bütövlüyünü bərpa edib", - nazir qeyd edib.
S.Şərifov bildirib ki, Səudiyyə Ərəbistandan olan nümayəndə heyətinin təyyarəsi işğaldan azad edilmiş Azərbaycan torpaqlarında inşa edilən Zəngilan Beynəlxalq Hava Limanına enib.
"Prezident İlham Əliyev işğal olunmuş ərazilər azad edildikdən dərhal sonra bütün dövlət orqanlarına tapşırıb ki, bu ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını təmin etmək məqsədilə yenidənqurma işlərinə başlansın. Prezidentin sərəncamı ilə "Böyük Qayıdış Proqramı"nın 1-ci mərhələsi qüvvəyə minib və 2021-ci ildən icrasına başlanılıb", - nazir əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb