Emin Hüseynov: "Füzuli Mərkəzi Parkı və Ağdam Meşə Parkının layihə planı hazırlıq mərhələsindədir"
"Füzuli Mərkəzi Parkı və Ağdam Meşə Parkının müfəssəl layihə planı hazırlıq mərhələsindədir".
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Hava Limanında Səudiyyə Ərəbistan Krallığının nümayəndə heyətinin Zəngilana səfəri zamanı təşkil edilmiş tədbirdə deyib.
"Ümumiyyətlə, biz işğaldan azad edilmiş şəhərlərdə yaşayış binalarının, kəndlərin tikintisinə başlamışıq. Şübhəsiz ki, mədəni irsin qorunub saxlanılması digər mühüm prioritetimizdir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri, Pənahəli xanın sarayı - İmarət bərpa olunur. İstər Ağdamda, istərsə də Füzulidə açıq səma altında muzeylərimiz olacaq", - E.Hüseynov bildirib.
Bununla yanaşı, xüsusi nümayəndə qeyd edib ki, Ağdam və Füzulidə 2 mərkəzi xəstəxananın tikintisinə başlanılacaq.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1047 Tarix: 18 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr