Miqrasiya işçiləri məzuniyyətə çıxarkən müavinət ala bilməyəcəklər - Prezident qanunu təsdiqlədi
"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Dəyişikliklə miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Buna qədər Miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurdular. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilirdi.
Sənədlə məzuniyyətə çıxarkən miqrasiya orqanlarının işçilərinə ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv edilir.
Bundan başqa, miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alırlar. Dəyişiklikdən əvvəl, miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilə bilərdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR