Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTO

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTOKulis.az müğənni, Əməkdar artist Kəmalə Rəhimli haqqında maraqlı faktları təqdim edir.

Kəmalə Rəhimli 1952-ci ildə Bakının Qala kəndində doğulub. Ailəsi ilə birgə sonralar Şüvəlana köçüb. Anası əslən şüvəlanlı, ata tərəfi isə İsmayıllının Lahıc kəndindəndir. Valideynləri müəllim olub. Ailədə dörd bacı, bir qardaş olublar. Ortancıl bacı olan Kəmalə gənc yaşlarında atasını itirir.

Orta məktəb illərində musiqiyə həvəsi yaranır. Ancaq anası onun musiqiçi olmağını yox, başqa sahə üzrə ali təhsil almağını istəyir. Hətta o, doqquzuncu sinifdə oxuyarkən Nuru adlı müəllimin ansamblında çıxış edir və burada müğənni Məmmədbağır Bağırzadə ilə tanış olur. Bundan sonra rejissor, aktyor Şəmsi Bədəlbəyli Kəmalənin fəaliyyət göstərdiyi mədəniyyət evinə zəng edib Moskvada səhnədə çıxış etmək üçün iki müğənni axtardığını deyir. Seçmələrdə ona səsinin daha çox xalq mahnılarına uyğun olduğunu deyirlər və musiqi təhsili almağını məsləhət görürlər.

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTOKəmalə isə sənədlərini eyni vaxtda həm Xarici Dillər Universitetinə, həm də Asəf Zeynallı adına musiqi kollecinə təqdim edir. Ancaq iş elə gətirir ki, Asəf Zeynallı adına musiqi kollecinə daxil olur. Kəmalə Rəhimli kollecdə oxuyanda tarzən Elxan Müzəffərovun ansamblı ilə televiziyada ilk dəfə çıxış edir. Daha sonra tanınmış bəstəkar Ələkbər Tağıyev ifaçıya şərait yaradır və o ilk dəfə Azərbaycan Radiosunun efirində Məmmədbağır Bağırzadə ilə "Bakı" mahnısını ifa edir.

Kəmalə xanımın sözlərinə görə, oğlan tələbələrdən çox utanırmış. Hətta müəlliminə utandığından deyib ki, onları sinifdən çıxarın rahat oxuyum. Buna görə də "Lalə" qızlar ansamblında oxumağa can atır və Ceyran Haşımova ilə danışır. İş elə gətirir ki, o, Kəmalənin səsini çox bəyənir və məşqlərə çağırır. Bundan sonra gənc müğənni ansamblla birgə qastrollara yollanır.

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTOKəmalə xanım bir dəfə etiraf edib ki, Azərbaycanda "Mercedes" markalı avtomobil sürən ilk qadındır.

Müğənni səhnəyə erkən yaşlarında çıxmağına baxmayaraq, Nisə Qasımova, Firuzə İbadova, Zöhrə Abdullayeva və Ruhəngiz Allahverdiyeva ilə konsertlər verir. Onların konserti o qədər anşlaqla keçirdi ki, biletlər tapılmır, böyük izdiham yaşanırdı.

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTO"Lalə" qızlar ansamblında çıxış edərkən onu kinorejissor Hüseyn Seyidzadə "Qayınana" filminə dəvət edir. O vaxtı Şamaxıda qastrol zamanı ifaçıya bərk soyuq dəyir və həkimlər ürək pərdəsində problem yarandığını söyləyir. Kəmalə Mərdəkanda xəstəxanada müalicə alan zaman Hüseyn bəy filmə çəkilməsi üçün onun yanına adam göndərir. Eyni zamanda da rejissor Həsən Seyidbəyli onu "Nəsimi" filmində rol alması üçün dəvət edir. Ancaq heç birinə razılıq verməyən Kəmalə "axı mən hələ gəncəm, kino sahəsində oynaya bilmərəm", – deyir.

Kəmalə xanım həmçinin, öz dövrünün gəncləri arasında dövlət tədbirlərində səhnə alan ilk ifaçıdır. Bu, onun ən böyük uğurlarından biridir. Qısa zamanda populyarlıq əldə edən müğənniyə dirijor Niyazidən, Rəşid Behbudovdan təkliflər gəlir və o da bu təklifləri dəyərləndirir. Kəmalə Rəhimli ilk dəfə Rəşid Behbudovla SSRİ-də qeyri-dost ölkə hesab edilən Pakistana səfər edir. Hətta Kəmalə xanım müsahibələrində deyir ki, qorxurduq bizə oxuduğumuz yerdə atəş açarlar:

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTO"Səhnəyə çıxmamışdan əvvəl insanlara deyirdilər ki, onlar müsəlmandırlar və ondan sonra çıxış edirdik. Bir şəhərdə konsert verəndən sonra digər bir şəhərə gedəndə artıq orada bizi tanıyırdılar".

Rəşid Behbudovla birgə səhnə aldığı zamanlar Kəmalə Rəhimliyə rayonda 1 saatlıq toyda oxumaq üçün 10 min rubl pul təklif edirlər. Lakin o, bu təklifi rədd edir və ümumiyyətlə, rayon toylarına getmədiyini dilə gətirir. Ta ki, 1993-cü ilə qədər.

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTOAilə qurmağa vaxtı olmadığını deyən ifaçının elçiləri həddən artıq çox olub. Kəmalə xanımın sözlərinə görə, Xalq artisti Şövkət Ələkbərova istəyib ki, onu qohumlarından biri ilə evləndirsin. Ancaq o, tanınmış sənət adamı, saz ifaçısı Rəhilə Həsənovanın oğlu ilə ailə qurur. O, zərb alətlərinin mahir ifaçısı kimi tanınır. Onların bu nikahdan Tural adlı bir oğulları dünyaya gəlir.

İllər öncə Əməkdar artist Kəmalə Rəhimli başına gələn pis hadisələrdən söhbət açarkən deyib ki, oğlu Turaldan əvvəl onun bir övladı doğum evində həkim səhvi ucbatından ölüb:

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTO"Mən Mahnı və Rəqs ansamblında işləyəndə oğlum Tural dünyaya gəldi. Amma bundan əvvəl doğum evində bir övladımı həkim bilərəkdən öldürmüşdü. Bu hadisədən sonra mən çox böyük bir stress yaşadım. O, qayınanamın qisasını məndən aldığını bildirmişdi. Tural anadan olanda qəti toya getmirdim. Hətta toy üçün gələnlərə də yox cavabı verirdim. Çünki bütün günümü, saatımı bircə oğluma ayırırdım. O vaxt həm sənətimi, həm də ailəmi qoruyub saxladım. Amma toylarımın, konsertlərimin çoxluğundan daha uşaq dünyaya gətirmədim".

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTOÖmrünün 40 ilini incəsənətə həsr edən K. Rəhimli sənət aləmindən küskünlüyünü dilə gətirərkən deyir:

"Həyatımı, gəncliyimi, evimi, balalarımı qoyub, aylarla qastrol səfərlərinə getmişəm. Deyiblər ki, get, pul qazan, gətir, Mədəniyyət Nazirliyinin fonduna keçir. Get, planı doldur ki, Rəşid Behbudov ansamblı ilə xarici səfərə getsin. Mən belə işləmişəm. Hamıdan küsmüşəm. Sənətə gələn yeni ifaçılar üçün hər cür şərait yaradılır. Amma mən çox zülm çəkmişəm. Çəkdiyim zülmlərin haqqını hələ də almamışam. 40 ildən çoxdur bu sənətə xidmət etmişəm. Xidmətlərim əvəzsizdir. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. İndiyə qədər heç bir cavab almamışam. Dövlət konsertlərində ilk sıralarda mənim adım çəkilirdi. Kəmalə ən sevimli, populyar müğənni olub. İndi Kəmalə qalıb kənarda".

Uzun illərdir müxtəlif xəstəliklərdən əziyyət çəkən müğənni sənət dostlarından onu yalnız Əməkdar artistimiz Firuzə İbadovanın zəng vurub axtardığını, digərlərinin isə yada salmadığını deyir:

Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - "Mercedes" sürən ilk qadın müğənnimiz - FOTO"Bircə Firuzə zəng vurub, mənimlə maraqlanır. Heç kimlə danışmaq, ünsiyyət qurmaq istəmirəm. Hər şeydən iyrənmişəm. Musiqiçiləri çiynimdə daşımışam, çörək vermişəm onlara. Amma heç kim mənimlə maraqlanmır. Bir gözüm tamam tutulub, digəri isə 1 faiz görür. 2013-cü ildə də Milli Oftalmologiya Mərkəzinə getdim. Müayinədən sonra həkimlər mənə dedilər ki, qlaukomanı müalicə eləmək mümkün deyil. Bu xəstəlik bərpaolunmaz korluğa səbəb olur. Şəkərim qalxıb, gözlərimi kor edib. İnsan nə qədər əzab çəkər axı?! Artıq 17 ildir ki, şəkərli diabetdən əziyyət çəkirəm. Oğlumun 10 yaşı olanda bu xəstəliyə tutuldum... 1996-97-ci illər idi. Özümü pis hiss edirdim. Həkimə gedib, müayinə olundum, mənə şəkərli diabet xəstəliyi diaqnozu qoyuldu. Həkim mənə müalicələr yazdı. "Diabeton" qəbul edib, xəstəliyimi gizlətdim. Sonradan şəkərim daha da yüksəldi, poliklinikamıza müraciət etdim. Mənə insulin inyeksiyası edildi. Bilirsiniz, ayaqlarım göyərirdi, şişirdi, ayaqqabı geyə bilmirdim, dırnaqlarım ağrıyırdı. 2011-ci ilin iyulunda isə qan təzyiqim qalxdı, başım hərləndi. Müsahibə verməyə getmişdim, evə qayıtdım, gördüm ki, üzüm tərpənmir iflic olmuşam. Sənətə ömrümü həsr etmişəm, dövlət mənə də diqqət ayırsa, məmnun olardım. Mənim üçün çox çətindir".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3023   Tarix: 21 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Acun Ilıcalı: "Çarəsiz qaldıq"

Survivor All Star yarışmasında baş verən uğursuz hadisə iştirakçı Barış Murat Yağcının yarışma arzularını yarımçıq qoyub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, yarış zamanı parkurda yıxılan Barış Murat Yağcının barmağında ciddi sınıq yaranıb. Həkim müayinəsindən sonra onun uzun müddətl

15 may
.

Hər kəs Rafet El Romanın bu rəqsindən danışır - VİDEO

Məşhur türkiyəli müğənni Rafet El Roman ötən günlərin birində Dubayda konsert proqramı ilə səhnəyə çıxıb. xarici mediaya istinadla xəbər verir ki, konsert zamanı Rafet El Romanın səhnə hərəkətləri və ritm duyumu sosial mediada qısa zamanda böyük maraq doğurub. İzləyicilər onun performansını paylaşara

21 may
.

"Atama heç bir hissim OLMAYIB"

Fitness məşqçisi və sosial media fenomeni Kamil Zeynallı etdiyi emosional açıqlama ilə diqqət çəkib. xəbər verir ki, o, keçdiyi çətin həyat yolundan və uşaqlıq illərində yaşadığı ailə problemlərindən danışıb. Zeynallı bildirib ki, anası ailə həyatının ilk günlərindən ağır sınaqlarla qarşılaşıb:. "Ana

20 may
.

"Mahnıda, küçədə, xatirədə qarşıma çıxırsan"

Aktyor Elşən Orucov mərhum dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, dostunun məzarını ziyarət edib. Arxiv görüntülərini paylaşan Elşən "Bir mahnıda, küçədə, xatirədə qarşıma çıxırsan" sözlərini yazıb. Qeyd edək ki, Azər ötən il uzun sürən böyrək çatışmazlığında

23 may
.

Oktay Kaynarca: "Halit Ergençi çox qısqanıram"

Türkiyəli aktyor Oktay Kaynarca həmkarı Halit Ergençə zarafatla həsəd apardığını bildirib. Bu barədə xəbər verir. O, açıqlamasında "Halit Ergençi çox qısqanıram. Adam "Möhtəşəm Yüzyıl" kimi hərəm mövzusunda serial çəkdi, mən isə həmişə kişilərlə oynayıram" sözlərini deyib. Kaynarc

21 may
.

"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""

Müğənni Əminə Şirin aparıcı Tarix Əliyevin (Tolik)verilişində etdiyi səmimi etiraflarla diqqət çəkib. xəbər verir ki, sənətçi uşaqlıq illərindən danışaraq məktəb vaxtı qaşlarını gizlicə düzəltdiyini bildirib. O, həmin hadisədən sonra anasının buna çox sərt reaksiya verdiyini deyib. Müğənninin sözlərin

18 may
.

Buna görə Hindistanda konsert verə bilməyəcək

Hindistanda amerikalı reper Kanye Uestin konserti təhlükəsizlik səbəbindən ləğv edilib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin mayın 23-də Yeni Dehlidə yerləşən Javaharlal Nehru stadionunda konserti planlaşdırılırdı. Bildirilib ki, Hindistan hökuməti və polisinin xəbərdarlıqlarında

17 may
.

Didem Soydanın illər əvvəlki yatırımı milyon qazandırdı

Didem Soydan illər sonra açıqladığı maraqlı etirafı ilə gündəmə gəlib. Məşhur model 2012-ci ildə etdiyi Bitcoin investisiyasının zamanla böyük sərvətə çevrildiyini bildirib. türk mediasına istinadən Soydanın sözlərinə görə, uzun müddət hesabının şifrəsini unutduğu üçün kriptovalyuta hesabına daxil ol

15 may
.

Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"

Əməkdar artist Lalə Məmmədova Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında çəkilən "Təhminə" filminin obrazları haqqında müzakirəli açıqlamalar verib. Sənətçi "Sevinclə danış" layihəsində "Zaur"

22 may