Ermənistan sülh sazişinin hazırlanması ilə bağlı görüşdə iştirakdan imtina edib
Ermənistan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sabah Moskvada sülh sazişinin hazırlanması üçün keçirilməsi planlaşdırılan görüşündə iştirakdan imtina edib.
Sonxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Laçın dəhlizinin bağlanması ilə əlaqədar Rusiya sülhməramlı bölməsinin məsuliyyəti altında olan regionda vəziyyət və regionda faydalı qazıntı yataqları ilə bağlı işlərlə bağlı tərəflər arasında fikir ayrılıqları müzakirə edilib.
"Dağlıq Qarabağ və Ermənistan arasında Laçın dəhlizində maneəsiz əlaqənin təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi əməl edilməlidir",- deyə Rusiyanın xarici işlər naziri Lavrov vurğulayıb.
Görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020, 2021 və 2022-ci illərdə qəbul etdikləri bəyannamələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb