Çində bir gündə 37 milyon yeni yoluxma qeydə alınıb
Çində koronavirusa yoluxma halları sürətlə artmağa davam edir.
"Qafqazinfo" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ölkədə dekabr ayında ümumilikdə təqribən 250 milyon nəfərdə koronavirus aşkarlanıb.
Agentlik Çinin Milli Səhiyyə Komissiyasının qapalı iclasına istinadən yazır ki, dekabrın 20-si ölkədə 37 milyon yeni yoluxma halı aşkar olunub ki, bu da pandemiya ərzində ölkədə sutka ərzində qeydə alınan rekord göstəricidir.
Bildirilir ki, ölkədə koronavirusun yeni dalğasının yayılmasına səbəb Çin rəhbərliyi tərəfindən məhdudiyyətlərin tez aradan qaldırılması ola bilər.
Belə ki, dekabrın 7-dən Çində işi yüksək yoluxma riski ilə əlaqəli olmayan şəxslər üçün mütləq PCR-test ləğv olunub. Bununla yanaşı, ölkə daxilində səyahət və yaxud ictimai yerlərə daxil olmaq üçün vaksin pasportu artıq tələb olunmur. Eyni zamanda, koronavirusu simptomsuz və yaxud yüngül keçirənlərə ev şəraitində özünütəcrid rejimində qalmağa icazə verilib.
Ölkədə koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ölkədə COVID-19-la bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib.
Qeyd edək ki, ötən həftə Çində 130 mindən çox yeni yoluxma halı qeydə alınıb, 273 nəfər isə ölüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1089 Tarix: 24 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12 oktyabrTramp Rusiya və Çinin İranı dəstəklədiyinə inanmır
ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İranı dəstəklədiyinə inanmadığını bildirib. xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin və Rusiyanın 'möhtəşəm' İran İslam Respublikasına kömək etməsi ilə bağlı ifrat solçuların, axmaqların və dəlilərin çoxlu şərhlərini görürəm. Hətt
13 oktyabrAlmaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq
Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyya
11 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabrAİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib
13 oktyabrAğ Evin yeni mətbuat katibi tezliklə işdən çıxarıla bilər
Ağ Evin bir neçə rəsmisi Keti Zakariasın mətbuat katibi vəzifəsində nə qədər qala biləcəyini soruşub və qeyd edib ki, onun işi ABŞ prezidenti Donald Trampı məmnun etməyəcək. xəbər verir ki, bir neçə müşavir və rəsmi CNN-ə bildirib ki, onun cəmi 15 dəqiqə davam edən ilk brifinqi pis qarşılanıb. O, vaxtını
14 oktyabr